#club5050 ♥️ Qızım♥️

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Sentyabr bütün ayları özündə sığdıran bir aydı mənim üçün. Həm acımı, həm sevincimi özünə sığdıran bir ay. Bu ay mənə analığı bəxş edən aydı. Şəmsimin, Gülayımın dünyaya göz açdığı ay. Bu ayda qardaşımın, onun qızının, oğlunun doğum günləri var. Bu ayda dünya şirini Alagöz nənəmi itirdim. Bu ayda Azərbaycan elmində öz dəst xətti olan dayımı itirdim. Bu gün 15 sentyabr Gülayımın doğum günüdü.

IMG-20220911-WA0034.jpg

IMG-20220911-WA0036.jpg

@gulaybagirzade profilinin sahibi. Qızımı #steemitazerbaijan topluluğunda demək olar hamı tanıyır. Çox istedadlıdı, rəsmlərini həm özü, həm də anası, yəni mən çox paylaşmışam. Gülayın steemitə gəlişi çox qəribə oldu. Mən platformanın çətin quruluşundan baş çıxara bilmirdim. Onda Gülay hələ məktəbli idi. Tez-tez mənə kömək edirdi. Sonra qərara gəldik ki, niyə Gülayın öz profili olmasın ki. Beləcə Steemitdə ailə ortamı yaratdıq. Qızım artıq tələbədi. İxtisas seçimində bir xeyli tərəddüd etsək də elə güman edirəm ki, biz doğru seçim etmişik. Qızım dövlət qulluqçusu olmağa hazırlaşır. Təbii ki, fırçası, karandaşları da həmişə özü ilədi. Əla oxuyur. Tələbə yoldaşlarının sevimlisidi. Mütaliə etməyi çox sevir. Sərbəst ingilis dili öyrənmək məqsədi ilə internetdən proqramlar izləyir. Bir az pianino da çala bilir. Hər kəsə öz balası şirindi. Bəlkə də mən ona görə qızımdan belə fəxrlə danışıram. Övlad insanı bu dünyaya bağlayan ən önəmli səbəbdir. Bu gün qızımın həmyaşıdlar o filmlərdə gördüyümüz müharibə dəhşətlərinin tən ortasında ölüm-dirim savaşı verirlər. Həyat çox acımasız olub. Bütün insanların üzündə bir hüzün, bir çarəsizlik var. Hər kəs haralarasa yox olmaq istəyir. Gözünü yumub, qulaqlarını tutub bütün bu dəhşətdən kənarda qalmaq istəyir. Və bütün bunlarla yanaşı həyat davam edir. Gün o gün olsun ki, gün elə o gün olsun!
Oxuduğunuz üçün təşəkkürlər.

IMG-20220914-WA0040.jpg

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 65472.04
ETH 3323.59
USDT 1.00
SBD 2.63