CLUB100💖 The Diary Game 3 : Date 8.3.2022. Qadın|

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, axşamınız xeyir. Lenta qadınlar günü münasibətilə yazılan postlarla bəzənib. Nə gözəl və nə xoş. Qadın bu dünyada ən güclü və ən zərif məxluqdur. Qadın evdir, yurddur. Qadın güldür, çiçəkdir.

IMG-20220308-WA0036.jpg

Qadını sevməyin ayı, günü yoxdur. Ona görə də 8 Mart Beynəlxalq Qadınlar günü mənim bir o qədər də qəbul eləmədiyim bir gündür. Tarixdə qadın hökmranlığının (matriarxat) bərqərar olduğu bir dövr olmuşdur. Açığı o dövr haqqında elə bir məlumatım yoxdu, bildiyim odu ki, yəqin effekt verməyib. Versəydi, elə qadınların hakimiyyəti altında yaşayardıq. Bir dəfə zarafatla yazmışdım ki, dünya dövlətlərini qadınlar idarə etsəydi, sakitçilik olardı, çünki hamı bir biri ilə küsülü olardı:)

266893.jpg

Gözündən nifrət, bir tərəfindən də kəpənəklər uçuşan qadın. Kişilər düşünür ki, qadın yalnız evinin eşiyinin hökmdarı olmalıdı, eyni zamanda qulluqçusu. Mental Azərbaycan kişisi özü işləyib evini dolandırdığı təqdirdə xanımının işləməsinə o qədər də ürəkdən razılıq vermək istəməyən kişidi. Qadın kimdir? Gözəl yeməklər bişirsin, düşürsün, evinin eşiyinin bəzəyinə düzəyinə fikir versin zad.

IMG-20220307-WA0006.jpg

Yəqin o videoçarxa hamınız baxmısınız. İş elanı üçün gələn adamlara belə bir iş rejimi təklif olunur: məzuniyyət olmayacaq. İstirahət günləri olmayacaq. Hətta istirahət saatları da olmayacaq. Yemək fasilələrində eyni zamanda başqa bir işlə məşğul olacaqsınız. Maaş tələb etməyəcəksiniz. Süfrəyə hamıdan sonda əyləşib hamıdan birinci qalxacaqsınız. Səhər hamıdan tez durub axşam hamıdan sonra yatacaqsınız. Belə şərtlər altında işləməyə razı olan olarmı? Olar. O qadındı. Evinin anası, xanımı, xidmətçisi olan qadın. Yediyinin yarısını balasına saxlayan, hamı doyandan sonra nə qalsa onu yeyib "tox" olan qadın. Möhtəşəmik. ❤️

IMG-20220307-WA0015.jpg

IMG-20220307-WA0016.jpg

Sort:  
 2 years ago 

Qadın dəyərlidirsə, dəyərli gözlə görürlərsə bunun günü olmaz zaten.

 2 years ago 

Məncə, yaşadığın, məhz yaşadığın hər gün bayramdı.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59046.50
ETH 2654.73
USDT 1.00
SBD 2.50