Club100.🌺 Klara Setkin və tarixin ən böyük yanlışı.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, axşamınız xeyir. Yaxşı olduğunuza sevindim. Ooo günün ərəfəsindəyik. Bildiyiniz o günün. Deməli, min doqquz yüz çoxdanıncı illərdə Klara Setkin adlı bir xanımın gender bərabərliyi haqqında beynəlxaq miqyasda çıxışlarının nəticəsində bu bayram meydana gəldi. Bircə onu bilirəm ki, bu il bu bayram 110-cu dəfə qeyd olunacaq. Bu gülləri də o münasibətlə almışam:)

IMG_20220306_200214.jpg

8 Mart mənim üçün açıqcalar və məktəbli olanda əzbərlədiyim o məşhur şeir deməkdi:
Səkkiz Martdır, anacan.
Qoy öpüm üz - gözündən.
Daha uşaq deyiləm,
İndi böyük qızam mən.
Əlimizdə otkrıtka, içində qəşəng sözlər və bu şeir. Sonra otkrıtkalar kiçik hədiyyələrə çevrildi. Məsələn, ətir və ya bir dəstə gül. Bir aralar gül buketi dibçəkdə gülə çevrilmişdi.

IMG-20220306-WA0007.jpg

Sonra kuklalar, mişkalar, daha sonra bahalı geyim, daha sonra hədiyyələr həcmcə kiçlib dəyərcə böyüdü. Qiymətli qaş-daş, ay nə bilim, təkdaş zad. Hədiyyə yarışmasına start verildi. Qonşunun arvadına əri brilyant bağışlayıb, o biri qonşunun arvadına 8 martda avtomobil bağışlayıblar. Və sair və ilaxır. Qadınlar kişilərin, məktəblərdə müəllimələr şagirdlərin, qarışıq tərkibli kollektivlərdə güclü cinsin nümayəndələrinin zərif cinsin nümayəndələrinə hədiyyə almağa məhkum edilməsimi deyək, məcbur buraxılmasımı deyək.

IMG-20220305-WA0039.jpg
Gəlib çatdıq postun adına. Niyə axı tarixin yanlışı? Əslində tarixin heç bir günahı yoxdu. Heç Klara Setkinin də günahı yoxdu. 110 il əvvəl Klara xanım bu cür dövr edib dolanacağını haradan bilə bilərdi ki. Onun çıxışının mahiyyəti tamam başqa idi. Qadın da insandır, onun hüquqları var, qadın siz kişilərin mülkiyyəti deyil, sevginizə, diqqətinizə, hörmətinizə layiq bir varlıqdır demək istəmişdi. Qadın tək bir gün deyil, hər gün diqqət görməlidir. İlin 365 günü. Klara Setkin qaş düzəldən yerdə vurub göz çıxartmışdı. Kişilərin boynuna 8 Martda öz xanım əzizlərini təbrik edib daha sonrası Allah kərimdi kimi bir yanlış.
Yanlışınız mübarək, əziz qadınlar😊

IMG-20220305-WA0041.jpg

@steemcurator01

Sort:  
 2 years ago 

Amma yenə də "8 Martın" mübarək!)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59079.50
ETH 2697.37
USDT 1.00
SBD 2.50