💃 Mən və işim haqda))

Salamlar hər kəsə. İlk dəfədi bir sosial şəbəkədə tanışlıq postu yazıram. Mən Ülviyyə Tahir. Artıq on ildir ki, ədəbiyyatla məşğulam. İndiyə kimi 6 kitabım nəşr olunub. İlk kitabım "Şeytanın Missiyası" povest və hekayələr toplusu, daha sonra "Üzü Cəhənnəmə" "Buqələmun" "ALJİR", "Şükriyyə Taleyim" romanları və "Ortaq Şəhər" hekayələr toplusu işıq üzü görüb. Əvvəllər ədəbiyyat harda fürsət düşdü məşğul olduğum bir sahə olsa da, (Azərbaycan reallığı hər kəsə azdan-çoxdan məlumdu) artıq ikinci ildi ki, professional şəkildə ancaq bu işlə məşğulam. Təbii ki, bəzən redaktə və ya bir sıra tərcümə işləri də məşğul olmaq lazım gəlir.
Yazıçılıqdan əlavə hobbi olaraq və işimin tələbi ilə həddindən artıq kitab oxuyuram.

IMG-20210520-WA0021.jpg
Üzməyi, piyada gəzməyi və asta qaçışı sevirəm. Daha bundan əlavə nə deyəcəyimi bilmirəm, çünki illərdi yazılarım öndə olub. Bunu da düzgün hesab etmişəm. Əsas yazıçı deyil, yazılar önəmlidi. Çalışacam sizə gündəlik hekayə, məqalə və bir sıra yazılar yayımlayım. Bu qədər))) Əlavə suallarınız olsa, cavab verməyə hazıram😊

Sort:  
Loading...
 3 years ago 

Steemit Azerbaijan topluluğuna xoş gəldiniz. Ümid edirik ki, davamlı yazılar yazacaqsınız. Uğurlar azrulayırıq.

Təşəkkür😊

 3 years ago 

Steemit'ə və Steemit Azərbaycan Topluluğuna xoş gəldiniz. Uğurlarınız bol olsun!

Birlikdə😊

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62740.92
ETH 3354.24
USDT 1.00
SBD 2.46