Çox oxumaq yoxsa düzgün mütaliə seçimi?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Mütaliə edərkən ciddi şəkildə seçiçi olmaqda israrçıyam. Səbəb aldığımız informasiyanın birbaşa təhtəlşüurumuzda depolanmasıdı. Tez-tez Sovet dövründə mütaliənin genişliyindən bəhs olunur, amma bir nüans unudulur ki, bizə təqdim olunan ədəbiyyat əməkçi sinifin qəhrəmanlığından, pulun və varın çirkab bir şey olmasından, tabe olmağın, qul psixologiyasının təbliği fikirlərindən ibarət idi.

books-1655783_1920.jpg
foto

"Arxip baba və Lyonka" kifayətdir ki, kütləvi olaraq pul blokundan və qurban psixologiyasından əziyyət çəkək. Yəni çox kitab oxumaq lazım deyil, bizi inkişaf etdirən kitablar oxumaq lazımdı.

skull-1193784_1920.jpg
foto
Flober "Madam Bovari" romanında yazır ki, onun həyatına oxuduğu ucuz romantik kitablar çox təsir etmişdi. Flober dolayısı ilə Madam Bovarinin dünyaya çəhrayı eynəklə baxdığına işarə vurur.
Bəli, beynimiz mədəmiz kimi deyil, zəhərləndiyini qusa bilmir, amma bizim seçim qabliyyətimiz var

Ülviyyə Tahir @ulviyyetahir

Sort:  

Salam dostum Sizi @steemwomensclub’a dəvət edirəm 🙋‍♀️🌺

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59226.71
ETH 2653.91
USDT 1.00
SBD 2.50