Payız, səndən bir ricam var

Payız, səndən bir ricam var


video Ülviyyə Eyyubova
Payız, səndən bir ricam var,
Çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var...
Tanrı olsun onlara yar.

Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən.
Bir az bəslə buludları ətəyində
Üşüməsin əsgərimin əli silah tətiyində.

Xəsislik et, gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda.

Dumanını ahəstə çək
Naxışları nəmli payız
Vətənimin nər həsrətli dağlarına...
Hərarətin qüvvət versin
Alnı açıq zirvələrə bayraq sancan
İgidlərin qollarına

Payız, səndən son ricam var
Gözü yolda olanlara
İgidlərdən xoş xəbərlər
Gətir nübar
Qoy, bu payız müjdə versin mərd xalqıma
Qələbədən, zəfərdən bar!

Sort:  
 3 years ago 

Çox gözəl şeirdir, Allah şəhidlərimizə rəhmət eləsin.

Amin. Təşəkkür edirəm.

 3 years ago 

çox gözel bir şeirdi

Çox sağ ol olun.

 3 years ago 

Dinləyərkən o həyacanlı müharibə vaxtları bir də canlandı gözlərimin öndə. Müharibə xüsusən körpələrə, uşaqlara, gənç dul qalan gəlinlərə, analara, atalara elə bir acı xatirə saxlayır ki, bunu kimsə istəməz. Qoy həmişə sülh olsun. Canlar bu torpaq üçün verilir lakin, bu torpağın üstündə yaşayan digərləri o torpağı özününküləşdirdiyi zaman hər şey fərqli olur. Minnətdaram... Yeni məqalələrinizi gözkəyirik.

Təşəkkür edirəm, dəyərli fikirləriniz üçün. Amin.

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.029
BTC 56769.47
ETH 2402.64
USDT 1.00
SBD 2.30