Heyet toyu
Bu gün uzun bir aradan sonra nəsildə kişi çıxıb qız qacirdan Coşqun qardaşın toyundan şəkil paylaşmaq istədim. Yenədə uzun aradan sonra kənd toyunda iştirak etmək insana əvvəlki günlerimize qayitdigimizin azda olsa xoşbəxtliyini verir. Ancaq tamda hələ o günlərə gəlmiş deyilik. inşallah o günlərdə yaxındadır.
Və toyumuzda yenədə uzun bir aradan sonra dadı yadımızdan çıxmış ləziz təamlar ilə tanış olduq. Doğurdanda həyətdə bişən yeməklərin yerini vermir bezi restoranlarımız . Qazanlar özləri toyumuza bir bəzək verir.
Və yeməklərdən söz düşmüşkən kababı da bir ayrı vurğulamaq lazımdır. Hər zaman mətbəximizin ən ləziz təamı olan kababı bu gündə gördüyümüzə çox sevindik. Xüsusəndə ciyər kababı bir başqa aləmdir. Elə yerindəcə isti isti kababın dadına baxdıq. Necə deyərlər kabab qanlı igid canlı.
Allah xoşbəxt eləsin Coşqun qardaşıda