Belələrinə ne ad vermək olar!!!

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Bu günlərdə xəstəxanada olarkən yaxın bir insanın əməliyyatını gözləyərkən xəstəxananın temizili və ətraf mühitin səliqəli olması diqqətimi çəkdi. Öz özümə düşünürdüm ki niyede biz ətraf mühiti təmiz saxlamaq barədə xarici dövlətlərdən geridə qalaq. Bu fikirlə xəstəxananın həyətində gəzərkən hetda biz bunu bacara bilərik düşüncəsi artıq məndə formalaşmışdı, o zamana qədər ki gezerken təsadüfən xəstəxananın həyətində olan bu ağacın içindəki boş bizon qabını görənə qədər, sen demə mən yuxu görürəmmiş. Yox bura Azərbaycandır, bir anlıq bütün düşüncələrim alt üst oldu. Axı niyə bunu biz edirik, niyə bunu hər tərəfdə zibil qabı olmasına baxmayaraq bu ağacın içinə qoyuruq. Bəli bunu edə biləcək kainatdakı tək canlı insandır. Ancaq təssüflər olsun ki bu canlı Azərbaycanda yerləşir bunu ancaq biz edə bilərik.
IMG_20211025_223516_946.jpg

Ancaq yenədə özümə düşündüm ki məsələyə tək bir nöqteyi nəzərdən baxmamaq lazımdı. Burada insan beyninin heç olmasa 50 faizini işlətməyə qadir olması bizim nə qədər inkişaf etmeyimizden xəbər verir, Hetda bu varlığın bizim ölkədə olması bir başqa qürurverici amil oldu mənim üçün. Çünki bu bizon qabını ağacın içinə qoymaq heç bir xarici vətəndaşın aglina gəlməzdi ki, bu alternativ variantlar ancaq bizim ağlımıza gələ bilər. Ona görədə çoxda heyfislenmemek lazımdır. Məsələyə birde bu tərəfdən baxmaq lazımdı. Çünki hər şey görüldüyü kimi deyil 😊😊😊

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56912.97
ETH 2334.70
USDT 1.00
SBD 2.37