The Diary Game / Better Life 3.Season 29. 07.2021.

in Steemit Azerbaijan☪✔3 years ago

Günəşli Bakı sabahından hamıya salamlar. Heç adətim olmayan və sevmədiyim bir şeyi etdim bugün. Səhər tezdən oyandım. Tezdən dediyim 5-in yarısı.

IMG_20210729_050455.jpg

Rəvan öyrəşib səhər 5-də oyanmağa. Halaldı vallah. Özüdə hərgün. Bəs səbəb nə idi? deyəcəksiniz. Bugün böyük gündür. Artıq 3 həftədir Bakıda olan Qaynanam və baldızım öz ölkəsinə qayıdır. Ukraynaya. Özüdə səhər 8-də uçuşdu. Ona görə 2 saat qalmış Aeroport'da olmaq lazımdı. Səhərlərin əvəzolunmazı olan səhər yeməyi yemək vaxtıdı.

IMG_20210729_050622.jpg

Selfie heç mənlik deyildə. Əlqərəz, qəşəng yeməyimizi yedik. Sonra son hazırlıqlar görüldü. Çemodanlar falan. Saat artıq 6-nın yarısı hava işıqlıdı. Yollar boş. Sevincliyəm, çünki tez və rahat çatacıq. Taxi çağrıldı. Yola qoyulduq.

IMG_20210729_055023.jpg

Günəşin gözəlliyi göz oxşayır.

IMG_20210729_055455.jpg

Hardasa 30 dəqiqəyə aeroporta çatdıq. Babat növbə var. İçəridə buraxmırlar. Məlum xəstəlik. Sonra birdə gördüm qıraqdan növbəsiz keçənlər. Yaxınlaşdım nə olduğunu öyrənməyə. Dedilər Vip müştərilərdi. Tipik Azərbaycanlı olmaq hər yerə növbəsiz girməkdi. Nəysə mən özümü bura aid etmədiyimdən növbəni gözləməyə qərar verdim. Hardasa 15 dəqiqə keçdi. Budur sağollaşma vaxtıdır. Heç sevmirəmdə. Amma ümid edirəm son iki illik ənənə pozulmaz. Yenə yeni ildə Ukraynada olarıq. Oranı sevirəm.
IMG_20210729_064537.jpg

Son göz gəzdirmə. Hər şey yaxşıdır. Mission Completed necə deyərlər.
Evə dönüş

IMG_20210729_071329.jpg

@steemcurator01

Sort:  

Böyük gün söhbəti qaynana və baldızın buralardan getməsinin doğurduğu sevinc səbəbi ilə olmasın?))

 3 years ago 

Qətiyyən biz bir-birimizi sevirik

 3 years ago 

😂😂👍

 3 years ago 

Bir anlıq mən də o cür anladım)))

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.029
BTC 64440.63
ETH 2653.79
USDT 1.00
SBD 2.80