The Diary Game / Better Life 3.Season 28.07.2021

in Steemit Azerbaijan☪✔3 years ago

Salam hörmətli steemit ailəsi. Son günlər diqqətimi bu yeni gündəlik həyatımızın bir gününü anlatdığımız " the diary game better life" çəkdi. Hərzaman olduğu kimi isti- isti məlumatları @rəvan746 qardaşımızdan aldım. Allah başımızın üstündən əksik etməsin. Çox gözəl insandı. Nəysə məndə artıq 5 ildən çoxdu gedib- gəldiyim işimi çəkmək istədim.

WhatsApp Image 2021-07-28 at 13.28.46.jpeg

Hava çox küləklidi. Bu arada yaxşı ki, bazar günü dənizə getdim. Düzdü hava küləkli, dalğalar 2-3 metr idi. Amma indiki kimi soyuq deyildi hava. Valla bu Bakıya məncə heç bir fəsil yaşamır. Heç neft falan olmasa, məncə Bakı mənasız rayonlarımızdan biri olardı. Bu qədər inkişaf getməzdi. Qar yağır aləm dəyir bir- birinə, yağışda göllər yaranır, istidə adam ölür, küləkdə də klyoklar göydə uçuşur.

WhatsApp Image 2021-07-28 at 13.28.46 (1).jpeg

Nəysə, sizə danışım iş yerindən. AMEA Geologiya və Geofizika institunda mühəndis vəzifəsində işləyirəm. Artıq 5 ildi 2-ci kursda oxuyandan burdayam. Saçım ağarıb desəm yalan olmaz. Təbiət olaraq rahat biriyəm. Iş 9 -da başlayır. Mən ən tezi 10 -da işdə oluram. Avaranın biriyəm də. İşə gələn kimi gördüyüm işlər: Təqvimi düzəltmək, kompüterləri yandırmaq, qəşəng çay dəmləmək.

WhatsApp Image 2021-07-28 at 13.29.30.jpeg

Sonra qeydiyyat dəftərimiz var. Ora günün tarixi, otağın temperaturu, nəmişlik faizi, radioaktivlik falan qeyd olunur.

Səbəb laboratoriyada işləməyimdi. Sonra əgər ölçülməyə nümunə varsa, qoyuram cihaza.

WhatsApp Image 2021-07-28 at 13.29.55.jpeg

WhatsApp Image 2021-07-28 at 13.29.39.jpeg

Protokol falan yazıram. Yoxdusa kefimdi. Keçirəm öz kompüterimin arxasına. Çayım yanımda. Açıram youtube və Steemiti. Başlayıram yazmağa. Tipik Azərbaycanlının dramı. işdə olarkən başqa işləri düşünüb pul qazanmağa çalışmaq.

WhatsApp Image 2021-07-28 at 13.31.07.jpeg

Neyniyək maaş azdı. Ailəni dolandırmaq lazımdı. Bu arada artıq 7 aydan çoxdur evliyəm. Evliyik həqiqətən çox gözəl şeydi. Əgər sevdiyin biri ilə evlənsən təbii. Yoldaşımın profili @fatimasabirli Oda sağolsun işləyir. Bizdə boş oturdu yoxdu. Həm işləyib ,həmdə əylənirik. Düzdü ikinci işimdə var. İşdən gec çıxmağım bizə əngəl olmur. Ondan sonrakı günlərdə yazacam. Nəysə nə ağrıdım başınızı beləliklə saatlar keçir. Hazırlaşıram ikinci işimə getməyə. Hərkəsə uğurlar. Bol qazanclar.
@steemcurator01

Sort:  

Ona görə deyirlər ki, yalnız Azərbaycanda adam işdə oturub hardan pul qazanacağını düşünür)

 3 years ago 

Bəli, ancaq bizdə

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62702.02
ETH 2572.25
USDT 1.00
SBD 2.75