Meyvə qurusu

in Steemit Azerbaijan☪✔3 years ago

Hər vaxtınız xeyirli olsun.

IMG_20220111_230651.jpg

Hər meyvəni öz fəslində yemək sağlamlıq üçün faydalıdır. Fəsli ötürdükdən sonra meyvəni donduraraq və ya qurudaraq saxlamaq olar. Qurudulmuş meyvə, tər meyvələrdən daha davamlı olsa da, uyğun şəraitdə saxlanılmadıqda korlana bilər. Meyvə qurutmaq üçün xüsusi sobalar olur, amma evdəki adi sobadan da istifadə etmək mümkündür. İstəsəniz nənələrimizin ənənəvi üsulundan da istifadə edə bilərsiniz: meyvələri günəş altında qurutmaq olar, amma bu zamanımızı çox alacaq.

IMG_20220108_221158.jpg

Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür. Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır. Ərik qurusu çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək xəstəlikləri olan uşaqlar üçün əsl təbii dərmandır. Alimlərin fikrinə görə, ərik qurusu onkoloji xəstəliklərin profilaktik vasitəsitəsidir. Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiyadan əziyyət çəkən insanlar və hamilə qadınlar üçün olduqca faydalıdır.

IMG_20220108_221132.jpg

Qara gavalı qurusu ən faydalı meyvələrindən biri sayılır. İlk növbədə qara gavalı qurusu həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Axşamdan 5 dənə qara gavalı qurusu üzərinə bir stəkan qaynar su əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara "saat kimi" işləməyə kömək edəcək.

IMG_20220108_221107.jpg

Kişmiş də ürək üçün çox faydalıdır. Müasir tədqiqatlar sübut edir ki, kişmiş sinir hüceyrələrini tükənmədən qoruyur, yaddaşı, qanın tərkibini yaxşılaşdırır.

Sort:  
 3 years ago 

👍

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57673.98
ETH 2343.83
USDT 1.00
SBD 2.37