Zəfər günümüz (08.11.2020-08.11.2021). 🇦🇿❤️

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Vətən yolunda şirin canından keçib, ölümüylə bu yurdu, torpağı yaşadanlar, yaşanan hər ömürdə qanınız, canınız var. Siz soyuq səngərdə bizim üçün, vətənimiz üçün döyüşən də biz isti ürəyimizlə sizin yanınızdaydıq. Sizinlə birlikdə sevinib, sizinlə birlikdə üzüldük. Döyüşdən artıq 1 il ötüb keçir. Kim deyər ki, öldünüz? kim deyər ki, unuduldunuz? əksinə dastana döndünüz. Siz kiminin balası, kiminin atası.. biz bu gün sizin sayənizdə, qürurla şəhərdə bayramımızı qeyd elədik. Hər birimizin gözlərində eyni baxış, dillərimizdə eyni söz. Bayrağımı götürüb məndə orda onlara qoşuldum, hər kəs gedərkən qırağa bir qazi çəkildi,məndə qazimizə yaxınlaşıb onlara minnətdarlığımı bildirmək istəyirdim. Amma utandığım üçün yaxınlaşa bilmirdim, qazimiz özü dedi buyurun. Ondan sonra ürəkləndim, çox yaxşı, səmimi biriydi. İlk sözüm: olar ürək sözlərimi deyim? olmuşdu 😁.Beləcə danışmağa başlamışdım. Sonra birlikdə şəkil çəkdirdik.
status_me_status_IMG-20211109-WA0071.jpg
Qazimiz Ömər İsayev, qardaşı Pərvin İsayev hər ikisi də Qarabağ döyüşlərində olub. Ömər İsayev, Talış Suqovuşan istiqamətində mübariz postunun qabağındakı 457 yüksəkliyinə hücuma keçərkən güllə yarası alıb və 9 saat qan itirib, sonra da Şəmkir mərkəzi xəstəxanasında əməliyyat edərək güllə çıxarılıb. 7.62 mm güllə yarası və xəstəxanadan ailəsinin yanına məzuniyyətə buraxılıb, məzuniyyət zamanı vəziyyəti gərginləşib Gəncə mərkəzi xəstəxanasında damar köçürmə əməliyyatı keçirilib.İki qardaş ikisinində müalicəsi hələ də gedir. Allah bütün qazilərimizə can sağlığı versin, kömək olsun. 🤲
IMG_20211107_105811.jpg
Və şəhidlərimizdə var ki, bizim üçün canlarından keçən. Biz bu günümüzü onlara borcluyuq. Əlimdən gəldiyi qədər qazilərimizlə görüşüb, əsgər analarıyla danışmaq istərdim. Şəhid İzzət Həmidov ən həssas olduğum insan.. Anası bir dəfəsində "mən əvvəl çox güclü qadın idim, indi isə özümü çox zəif hiss edirəm" demişdi. Saatlarca ağlamışdım. O ananın əlindən tutub, yox sən əsl indi çox güclüsən demək istəyərdim. Sonra qızlarla danışdım 3-4 qız bir araya gəlib anasının yanına gedəciyik. Anası qazilərimizə, şəhid övladlarına, anlarına necə də can yandırır. Hər bir işdə gedib, yanlarında olur. Evdə olmadığı üçün də biz gedə bilmirik, xəbər gözləyirik. İnşallah əlimdən gəldiyi qədər başqa şəhid analarının da yanına gedəcəm. Sizə şəhid anamıza hazırlatdığımız hədiyyəni göstərim. İnşallah getdiyimiz də danışıqlarımızı sizinlə də paylaşacam.
IMG-20211109-WA0074.jpg
Qayıdan torpaqların qayıtmayan oğulları, zəfəriniz mübarək!. ❤️ Hər biriniz nur içində yatın, daima fəxrlə, qürurla qəlbimizdə olacaqsınız. 🇦🇿❤️❤️

Sort:  
 3 years ago 

🤍 🥺🥺 Ruhları şad olsun.

 3 years ago 

amin ❤️

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62487.83
ETH 3340.96
USDT 1.00
SBD 2.46