Steemit Student layihəsini yenidən açıq elan edirik! 🤩 || 1 STEEM'in gücü || #club100

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, dostlar. Bu məqalədə sizlərə həm Steemit Platforması, həm Steemit Student üçün yığılan ianələrin nə məqsədlə toplanması, həm də məqsədlərimizin nələr olması haqqında bacardığımız qədər məlumat verəcəyik.

Bu məqaləni oxuyacaq hər kəsdən xahiş edirik ki, əgər Azərbaycanda 1 tələbənin belə həyatına müsbət təsir etmək, ona dəstək olmaq niyyətiniz varsa, heç olmasa bu məqaləni bitirəsiz və ardınca sadəcə 1 manatınızdan keçib qurduğumuz bu layihənin tez bir zamanda reallaşmasına dəstək olasınız.

steemit student cover best.png

Təbii ki, yaranacaq bütün suallarınıza isə cavab verməyə tam hazırıq!

Hazırsınızsa, getdik! 😎🤩

haqqında.png

Steemit - Blokçeyn texnologiyasına əsaslanan, mərkəziyyətsiz bir sosial şəbəkədir.

Burada istifadəçilər müəyyən postlar paylaşır, həmin postları kimlərsə layk edir və həmin laykların gücündən aslı olaraq, həm postu paylaşan şəxs, həm də postu layk edən şəxslər müəyyən miqdarda gəlir qazanırlar. Gəlilər kriptovalyuta formasında balansımıza oturur. Aşağıda bu gəlirlərin, qazancların hardan gəlməsini detallı izah edəcəyik! 😊

Davam edək.

Adı sosial şəbəkə olsa da, Steemit həm də bir mayning("mining"), yəni mədənçilik platformasıdır. Bəs yaxşı mədənçilik nədir axı? Mədən niyə lazımdır? Bir şeyləri qazıb çıxarmağa, misal kömür mədənində kömür qazıb çıxarırlar.

Gəlin bir az da detallı izah edim. Deməli.

Dostlar, heç bitcoin haqqında eşitmisinizmi? Bitcoin dünyanın ən dəyərli kriptovalyutasıdır, 1 bitcoin 38 min dollardır. Dünyada hazırda 19 milyona yaxın bitcoin var və hər 10 dəqiqədən bir 6.25 ədəd yeni bitcoin istehsal olunur. Bu bitcoin istehsal etmə prosesi ki var ha, ona mayning deyirlər, yəni bizim dildə bitcoin mədənçiliyi, ya nə bilim, bitcoin qazıb çıxarması kimi bir şey çıxır.

1 bitcoini istehsal etmək (mayning etmək, qazıb çıxarmaq) üçün bizə hədsiz dərəcədə güclü komputer və böyük miqdarda enerji, elektrik enerjisi lazımdır. Bəs bu elektrik niyə tələb olunur? Çünki 1 ədəd bitcoini istehsal etmək üçün bizim bu hədsiz güclü komputerimiz çox böyük hesablamalar aparmalıdır, bir növ samanlıqda iynə axtarmalıdır, bu iynəni tapmaq üçün də komputerə hər səfərində bir az daha çox elektrik lazımdır.

Deməli, belə bir nəticə çıxır ki bitcoin mədənçiliyi (mayning) etməklə biz eyniylə kömür örnəyində olduğu kimi yeni bitcoin "qazıb çıxarırıq". Fərq odur ki, kömür mədənçiliyi üçün bizə müəyyən işçi qüvvəsi, texniki qüvvə, enerji, maliyyə və.s lazım olduğu halda, bitcoin mədənçiyi üçün bizə çox güclü komputer, çox böyük miqdarda elektrik enerjisi və təbii ki, bu ikisinə sahib olmaq üçün böyük maliyyə lazımdır.

DURUN! Bilirəm, indi sualınız yarandı ki, mən Steemitdəyəm, mənə bitcoin lazımdır?!

Keçək davamına, beləcə bütün bunları niyə izah etdim, başa düşəcəksiniz.

gəlirin qaynağı.png

İlk öncə, gəlin sizi STEEM adlanan kriptovalyuta ilə tanış edim. STEEM kriptovalyutası bitcoin kimi blokçeyn texnologiyasına əsaslanan bir kriptovalyutadır. Qiymətdə fərqləri odur ki, 1 bitcoin 38 min manat olduğu halda, 1 STEEM 0.32 dollardır.

Deməli, 1 STEEM = 0.32$ edirsə, deməli 1 STEEM = 0.55 azn edir. Yəni, 1 manata təxminən 2 ədəd STEEM edir. Burası belə.

İndi keçək gəlirin nəyə əsasən verilməsinə.

Steemit sosial şəbəkəsində gəlirlərimizin qaynağı güclü layklardır, yəni, güclü hesaba sahib olan birilərinin bizim paylaşdığımız postu layk etməsidir.

Baxın məntiq eyniylə "Facebook" və "Instagram"dakı kimidir. Siz bir şeylər paylaşırsınız, biriləri gəlib layk edir. Tək fərq odur ki, Steemit'də paylaşdığınız şeylərə görə bizlər STEEM adlanan kriptovalyuta formasında qazanc əldə edirik.

Bilirəm, indi düşünəcəksiniz ki, platforma sahibləri dəlidirlərmi ki, mən post paylaşıram, mənə havadan gəlir verirlər?!

Baxın heç kim bizə havadan gəlir, qazanc vermir. Güclü hesaba sahib olan biri bizim paylaşımımızı layk edən zaman hər səfərində STEEM adlanan yeni kriptovalyutalar yaranır, qazıb çıxarılır. Eyniylə yuxarıda bitcoin örnəyindən də xatırladığınız kimi, bitcoin mayninq'i etmək, yəni yeni bitcoin istehsal etmək üçün bizə güclü komputer və böyük miqdarda elektrik enerjisi lazım idisə, Steemit platformasında STEEM adlanan kriptovalyutadan istehsal etmək üçün bizə sadəcə çox güclü bir hesab lazımdır ki, kimlərinsə paylaşımlarını layk edək və o layklar yeni STEEM'lər istehsal etsin.

Güclü hesab.

"Bəs yaxşı güclü hesab deyərkən nəyi nəzərdə tutursan axı?" deyə suallarınızı eşidirəm. :) Güclü hesab o hesabdır ki, balansında ən azı 100 min ədəd STEEM olur. "100 min ədəd STEEM neçə manatdır?" deyə soruşduğunuzu da eşidirəm.

100 min STEEM = 55,074 manat, bəli, 55 min 74 manat. Əgər bizim 55 min 74 manatlıq bir hesabımız olsa, biz hər gün bu platformadan 47.5 dollar gəlir əldə edə bilərik. Bu isə 30 günə 1,416 dollar, yəni 2,407 manat pul edir.

Elə təsəvvür edin ki, 55 min 74 manat(55,074 manat) pulu banka qoyursuz və bank hər ay sizə 2 min 4 yüz 7 manat (2,407 manat) pul verir.

Məsələyə bir də belə baxaq: 55 min manat məbləği birdən tapmaq çox müşkül bir iş kimi görünsə də, 55 min şəxs hərəsi çox yox, sadəcə 1-cə manat atışsa, bu məbləği yığmaq heç nədir. Bu 55 minə qarşılıq isə bizim bu güclü hesab hər ay 2,500 manata yaxın gəlir gətirəcək. Bu hesabın sahibi olan bizlər isə, bu 2,500 manatın yarısını tələbələrə ianə olaraq dağıdacaq, yarısını isə həmin o güclü hesabı (@steemit.student) daha da gücləndirmək üçün istifadə edəcəyik.

Bayaqdan güclü hesabdan danışırıq. "Hansı hesabdır o güclü hesab?" dediyinizi də eşidirik. Sizin bütün ianələrinizi toplayacağımız hesab @steemit.student adlanan hesabdır.

Hesabı böyütməklə bağlı hədəflərimiz.

Yardıma ehtiyacı olan tələbələrə yadım verməmişdən öncə, ilkin etapda hədəfimiz 100 min STEEM'i toplamaqdır, bu da yuxarıda dediyimiz kimi 55 min manat edir. 55 min manatı topladığımız andan artıq yardıma ehtiyacı olan tələbələrin müraciətlərinə baxacaq və gələn gəlirləri ehtiyaca uyğun paylamağa çalışacağıq.

Bizim ən nihayi hədəfimiz isə 1 milyon ədəd STEEM toplamaqdır. Bunun üçün bizə 550 min 748 manat pul toplamaq lazım olacaq. 1 milyon STEEM toplayacağımız halda bizim bu güclü hesab (@steemit.student) hər ay bizə 19 min 692 dollar (19,692 dollar), bizim pulla 33 min 476 manat (33,476 manat) xalis gəlir gətirəcək.

Məbləğlər insana fantastik görünsə də, hər kəs 1 manat atsa, @steemit.student hesabı çox qısa zamanda ilkin hədəfimiz olan 55 min manata, sonradan isə 550 min manata rahatlıqla çatacaq.

Üstəlik, unutmayaq ki, bizlər bu 1 manatlarla minlərlə tələbəmizin həyatını dəyişə bilərik. Şəxsən bu məqalənin mətnini yazan mən (@cameron99), 2 il öncə universiteti bitirmişəm və həqiqətən, bir tələbənin tələbəlik illərində "işləyimmi, yoxsa dərslərimi mi oxuyum?" təlaşını dərininə qədər yaşamışam, bu sualı özümə dəfələrlə versəm də, sonda təbii ki, diplom xatirinə işləməyi seçir insan. Reallıq var.

Hə, bir də unutmadan! Bizlər bu gün 1 tələbəyə 1 manat versək, 1 gün içində o pul metroya xərclənib gedəcək. Bu platfomadakı hesabımıza gələn o bir manat ianələr isə yuxarıda izahından da anladığınız kimi daim, müntəzəm 1 manatlar, 1000 manatlar istehsal edəcək.

Bax budur 1 manatın gücü! :)

tələbələr necə qoşulacaq.png

Tələbələrin bu proqrama qoşulması üçün 2 fərqli istiqamət müəyyənləşdirmişik.

İlk istiqamətimiz odur ki, tələbələr Steemit Platformasında paylaşımlar edəcək və həmin o böyük layk gücünə malik hesabımız (@steemit.student) həmin tələbələrin paylaşımlarını layk edəcək. Beləcə tələbələr paylaşdıqları maraqlı bloqlara görə gəlir qazanacaqlar.

Artıq günü bu gündən bloqlar yazmaq istəyən tələbələr müraciət edə bilərlər, tək istəyimiz tələbə biletlərini göstərməniz, əziz tələbələr. Təbii ki, hazırda @steemit.student hesabının zəif layk gücünün olmasını nəzərə almağınızı xahiş edirik, ianələr gəldikcə hesab güclənəcək və daha çox qazana biləcəksiniz.

İkinci istiqamətimiz isə odur ki, biz ilkin hədəfimiz olan 55 min manat ianəni toplayıb, 100 min STEEM gücə sahib olduqdan sonra gələn bütün gəlirləri imkansız, yardıma ehtiyacı olan tələbələr arasında dağıdacağıq. Bu işin mexanizimi haqqında (tələbələrin müraciət prosesi, müəyyən edilməsi və.s) detallı məlumatı zamanla paylaşacağıq.

QEYD: Əziz tələbələr, @steemit.student hesabının gücü 100 min STEEM'ə çatana qədər, yəni 55 min manatlıq bir gücə sahib olana qədər, sizlərə yardım yalnızca burada paylaşdığınız paylaşımlara əsasən veriləcək, yəni bir şeylər paylaşacaqsınız, qarşılığında @steemit.student hesabı həmin paylaşımınızı layk edəcək.

Tələbələr üçün açdığımız telegram qrupumuza qoşula və tələbə olduğunuzu təsdiqlədə bilərsiniz:

Steemit Student Telegram Qrupu

gəlirlər nə qədərdir.png

Yuxarıda qeyd etdiyimiz kimi, gəlirin miqdarı birbaşa @steemit.student hesabının balansında olacaq STEEM kriptovalyutasının sayından aslıdır. STEEM'in sayı da öz növbəsində gələn ianələrin sayından aslıdır. Nə qədər çox ianə toplansa, @steemit.student hesabının layk etmək gücü bir o qədər çox olacaq və beləcə biz daha çox tələbəyə dəstək olmuş olacağıq.

Misal, deyəlim ki, günü bu gündən Aydan adlı bir tələbə bizə müraciət etdi ki, mən bu proqrama qoşulmaq istəyirəm. Biz Aydanın tələbə olub-olmadığını yoxladıq və tələbə olduğundan əmin olduq. Ardınca Aydana Steemit üzərində postlar paylaşması üçün köməklik göstərəcəyik, deyəlim ki, onu da etdik və Aydan 1 ay hər gün post paylaşdı və @steemit.student hesabı da onun postlarını layk etdi.

İndi Aydan gəlirini necə geri çəkə biləcək? Bunun çox sadə bir yolu var. Aydan balansındakı postlarından gəlir olaraq qazandığı STEEM miqdarına baxacaq və misal, deyəlim ki, hesabladı ki, balansında 30 dollarlıq STEEM var. Ardınca Aydan bizim admin heyətinə həmin o 30 dolları çəkmək istəyəcəyini yazacaq və biz rahatlıqla onun 30 dollarını manat olaraq çevirib özünə qaytaracağıq.

Təbii ki, zaman keçdikcə Aydan özü özbaşına gəlirini necə çəkə bilər bu haqda maraqlanacaq. Bunun üçün də Aydan bizim Steemit Azerbaijan youtube kanalımıza gedəcək və ordakı videoları izləyərək prosesi öyrənəcək. Sonda isə bütün pul çəkmə işlərini özü sərbəst həyata keçirəcək.

Zatən bizim əsas məqsədlərimizdən biri də tələbələrin, gənclərin bu işləri öyrənməyini təmin etməkdir, onları yeni texnologiyalar haqqında maarifləndirməkdir. Kriptovalyuta sektoru o qədər sürətlə irəliləyir, yayğınlaşır ki, kimliyindən aslı olmayaraq hər bir Azərbaycan gənci bu axına az-çox qoşulmalı, dünya ilə ayaqlaşmalıdır.

Nəticədə, gördüyünüz kimi, paylaşımlar edərək gəlir qazanmaq istəyən tələbələrin qazandıqları gəlirləri çəkməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur, istədikləri zaman gəlirlərini çəkə biləcəklər.

Digər tərəfdən qeyd etdiyimiz kimi, @steemit.student hesabının gücü 100 min STEEM, yəni 55 min manata çatdıqdan sonra biz digər yardıma ehtiyacı olan tələbələrə də yardım edəcəyik. Bu yardımlar hər ayın son 5 günündə həyata keçiriləcək.

proqramın məqsədi.png

Steemit Student Təqaüd Proqramını tərtib etməkdə 4 əsas məqsədimiz, niyyətimiz var:

  1. İlk məqsədimiz odur ki, hazırda universitetdə oxuyan və maddi sıxıntılar çəkən tələbələri Steemit üzərindən stabil gəlir və yardımla təmin edək, hansı ki bütün hədəflərimiz bu məqsədə əsaslanır.

  2. İkinci məqsədimiz odur ki, yeniliyə, yeni texnologiyaları öyrənməyə can atan tələbələri, gəncləri müsair dövrün geniş imkanları ilə həm tanış edək, həm də öyrədək. Bir azca ayıq bir şəxs belə hər gün xəbərlərdə blokçeyn, kriptovalyutalar haqqında bir şeylər eşidir. Bunlar boş bir şeylər deyil. Gələcək blokçeyndədir, gələcək kriptovalyutalardadır, gələcək texnologiyadadır!

  3. Üçüncü məqsədimiz odur ki, həm özünü inkişaf etdirmək istəyən, həm də gəlir qazanmaq istəyən gəncləri bir araya toplayaq, onlara özlərini inkişaf etdirəcəkləri möhtəşəm bir öyrənmə mühiti, çevrə yaradaq.

  4. Son olaraq, dördüncü əsas məqsədimiz isə odur ki, ianələr və komandamızın səyləri ilə Steemit platformasındakı gücümüzü elə bir hala gətirək ki, burdan yalnızca tələbələrə deyil, həmçinin həqiqətən, çox acınacaqlı durumda olan, təhsilə heç bir çıxışı olmayan ucqar kənd şagirdlərinə, abituriyentlərə də dəstək olaq.

Bu qədər. Ümid edirik ki, ağlınıza gələn sualların, bəlkə də, hamısına cavab verməsək də, əksəriyyətinə cavab verdik. Əlavə suallarınız olacağı halda, rəy bölməsinə yaza, və ya Steemit Azerbaijan telegram kanalımız üzərindən bizimlə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,

Steemit Azərbaycan Topluluğu

@steemcurator01

Topluluğun Facebook səhifəsi
Steemit Azerbaijan Community
Topluluğun Teleqram Qrupu
Steemit Azerbaijan
Topluluğun Discord kanalı
Steemit Azerbaijan
Tələbələr üçün Teleqram Qrupu
Steemit Student

Steemit Azərbaycan 3 (3).png

Sort:  
 2 years ago 

Xeyirli, uğurlu olsun deyirəm. Böyük işlər görəcəyik. 😎

 2 years ago 

Xeyirli, uğurlu olsun. Lazım olan edək, məqsədə çatılacaq İNŞAALLAH. Ümid gözəl şeydi, ama görmək istədiyimiz bu işdə önəmli olan İnanmaqdı. İnanıb yola çıxmışıq. Biz bunu bacara bilərik.
İnanmayanlar zəhmət olmasa "pist dən" çıxsın))

Vətənə millətə xeyirli uğurlu olsun🙏🤲

@urfanov 1 manat və 2 steem. Təşəkkürlər.
image.png

image.png

 2 years ago 

Xeyirli olsun, ümid edirəm ki, hər şey yolunda gedəcək və biz məqsədimizə çatacayıq.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46