"İnsanı yaşadan nədir" Lev tolstoy

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L.N.Tolstoyun bu kitabda 5 hekayəsi yer alır.

WhatsApp Image 2022-07-22 at 19.58.16.jpeg

Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir. Buradakı hekayələrin hər biri sizi fərqli dünyalara götürəcək, ağlınızı, ruhunuzu və qəlbinizi aydınladacaq, bəzən vicdanınızla üz-üzə qoyacaq, bəzən isə içinizdə kilidlənmiş qapıları açıb yaxınınızın, qonşunuzun qapısını döyməyə vasitə olacaq gücdədir.

WhatsApp Image 2022-07-22 at 20.00.19.jpeg

Quru məntiqin aydınlada bilmədiyi zülmət dalanları keçmək üçün ruhumuzu və qəlbimizi məşəl edəcəyimiz, bizə insani dəyərlərimizi yenidən xatırladacaq həyat dərsləri var bu hekayələrdə...

WhatsApp Image 2022-07-22 at 20.00.19.jpeg

İzlədiyiniz və oxuduğunuz üçün təşəkkürlər.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60935.93
ETH 2645.60
USDT 1.00
SBD 2.56