Steemit Azərbaycan Topluluğunda Yeni Yarışmaya start veririk || Günün Ən Yaxşı Yazıları

in Steemit Azerbaijan☪✔3 years ago

Steemit Azərbaycan Topluluğunun rəsmi hesabı olan @steem-azerbaijan hər zaman olduğu kimi Steemit platformasına yeni qoşulan istifadəçiləri və bloggerləri yüksək keyfiyyətli yazılar yazmağa təşviq edir. Bu məqsədlə biz büdcəmizin əl verdiyi qədər topluluğumuz içində yarışlar təşkil edirik.

Misal, bu yarışlardan biri, və hətta birincisi, "DOSTUNU GƏTİR və 5 STEEM QAZAN" yarışması idi. Hansı ki bu yarışma yalnızca azərbaycanlı istifadəçilərin yox, eləcə də topluluğumza üzv olan xarici istifadəçilərin də böyük diqqətini topladı.

Və nəhayət, bu gün yeni bir yarışmayla qarşınızdayıq!!!

new contest.png

Bizim yeni yarışmamız "Günün Ən Yaxşı Yazıları" adlanır.

Yaxşı. Bəs bu yarışmanın məqsədi nədir?

Bu yarışmanı təşkil etməkdə əsas məqsədimiz Steemit Azərbaycan Topluluğu üzvlərini daha keyfiyyətli və cəledici yazılar paylaşmağa vadar etmək, onları həvəsləndirməkdir.

Bu yolla biz həm üzvlərimizdə keyfiyyətli yazı yazmaq bacarığı yaratmağı, həm də çəkdikləri əziyyətlərə görə mükafatlandırmağı hədəfləyirik.

Günün Ən Yaxşı Yazıları üçün tələblərimiz nələrdir?

Təbii ki, seçiləcək postlar üçün müəyyən tələblər müəyyənləşdirmişik. Bu tələblər həm Steemit Platformasının ümumi təlimatları, həm də özümüzün müəyyən etdiyimiz spesifik qaydalar əsasında hazırlanıb.

  1. 18+, həmçinin dini, irqi ayrı-seçkiliklə bağlı postlar istisna olmaqla istədiyiniz mövzuda yazılar paylaşa bilərsiniz
  2. Təbii ki, original şəkillərinizi paylaşmağınızı daha çox istəyərdik. Amma bəzən bu mümkün olmaya bilir. Yenə də əgər başqa bir mənbədən götürdüyünüz şəkli paylaşacaqsınızsa, MÜTLƏQ HƏMİN ŞƏKLİN QAYNAĞINI LİNK OLARAQ QEYD EDİN
  3. Postlarınızda söz sayının 100-dən yuxarı olması arzu olunandır
  4. Hansı dildə yazmağınızdan aslı olmayaraq qrammatik qaydalara əməl edin
  5. Hansı mövzuda yazmağınızdan aslı olmayaraq, postlarınızın tağ bölməsində mütləq #steemexclusive, #steemitazerbaijan #az tağlarını işlədin

Gündəlik neçə post seçiləcək?

Gündəlik minimum 3, maksimum 5 postu Günün Ən Yaxşı Yazıları olaraq seçəcəyik.

Postları kim qiymətləndirəcək?

Yazılar adminlərimiz - @revan746, @cameron99, @famil tərəfindən yoxlanılacaq və qiymətləndiriləcək. Onlar həmçinin münətəzəm olaraq topluluğumuzun fəaliyyətinə nəzarət edir və maarifləndirici yazılar paylaşırlar.

Seçilən yazılar nə ilə mükafatlandırılacaq?

Günün Ən Yaxşı Yazıları seçilən postlar topluluğumuzun bütün üzvləri tərəfindən maksimum güclə səs alacaq. Digər tərəfdən, əminik ki, keyfiyyətli postlar bir yerdə @steemcurator01, @steemcurator02, @steemcurator03, @steemcurator04, @steemcurator05@steemcurator06 tərəfindən böyük miqdarda mükafatlandırılacaq.

Məhz buna görədir ki, biz müntəzəm olaraq Steemit Azərbaycan Topluluğunun üzvlərini keyfiyyətli yazılar yazacaqları halda böyük balinalar tərəfindən də mükafatlandırıla biləcəkləri ilə bağlı məlumatlanıdırırıq.

Hörmətli, dostlar. Ümid edirik ki, təşkil etdiyimiz bu yarış topluluğumuzdakı aktivliyinizi artıracaq və sizə keyfiyyətli postlar yazmaq üçün stimul verəcək.

Steemitə və Topluluğumuza qoşulduğunuz üçün təşəkkürlər! Bolluca STEEM'lər! :)

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

 3 years ago 

Thank you very much for your attention and consideration, @fuli :)

 3 years ago 

Ümid edirəm ki, qrup üzvləri fəal şəkildə iştirak edəcək, qaydalar çərçivəsində. Bizim üçün də çətin olmaz seçim etmək. Təşəkkür edirəm əməyi keçən hər kəsə.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.029
BTC 57382.38
ETH 3075.07
USDT 1.00
SBD 2.39