@Steem-Azerbaijan'ın məqsədi || Steemit Azərbaycan Topluluğunun Kurasiya Hesabı

in Steemit Azerbaijan☪✔3 years ago

Dünən, nəhayət, Steemit Azərbaycan Topluluğu üçün @steem-azerbaijan adlanan kurasiya hesabı yaratmağa qərar verdik və icra etdik. :)

Steemit Azerbaycan Topluluğunun kurasiya hesabı haqqında danışmazdan öncə, gəlin bir az sizə Steemit Azərbaycan Topluluğunun özü haqqında qısa məlumat verim.

steemit azerbijan community.png

Steemit Azerbaycan Topluluğu Azərbaycandan Steemit Platformasına qoşulan istifadəçiləri bir araya gətirmək üçün yaradılıb. Burada biz öz doğma dilimizdə məzmunlar paylaşır, biri-birimizə dəstək oluruq.

Bir neçə həftə əvvəl bu topluluğu yaradarkən qısa müddətə bu qədər irəliləyiş əldə edəcəyimizi gözləmirdik. Halbuki Steemit Azərbaycan Topluluğu qısa müddət ərzində xeyli sayda azərbaycanlını bir araya toplamağı bacardı. Hazırda, demək olar ki, topluluğun 100-ə yaxın üzvü var. Bu üzvlər topluluq içi fəaliyyətlərdə də geniş şəkildə yer alır.

Bəs bizim bu kurasiya hesabına niyə ehtiyacımız var? Gəlin onu müzakirə edək.

Steemit Platforması üzərində rəsmi bir hesaba sahib olmaq hər bir topluluq üçün vacim nüansdır. Belə ki, məhz bu rəsmi hesab vasitəsiylə topluluğu idarə edən şəxslər həmin topluluq haqqında gündəlik xəbərləri, yeni məlumatları paylaşır və hətta topluluq üzvlərini daha da həvəsləndirmək üçün yarışlar təşkil edirlər. Digər tərəfdən, əgər bir topluluq hələ yeni yaranıbsa və dəstəyə ehtiyacı varsa, bu dəstəyi Steemit Balinalarından almaq üçün rəsmi hesaba-kurasiya hesabına sahib olmaq topluluq üçün vacibdir.

Məhz buna görədir ki, Steemit Azərbaycan topluluğu üçün @steem-azerbaijan adlanan rəsmi hesab yaratdıq. Bu hesab vasitəsiylə biz topluluq üzvlərimizi həftəlik olaraq yeniliklər, baş verənlər haqqında məlumatlandıracağıq. Həmçinin bizim planın digər bir hissəsi də o olacaq ki, bu hesab üzərindən topluluq üzvləri üçün müxtəlif maraqlı kompaniyalar, yarışlar təşkil edəcəyik.

Belə ki, bu yaxınlarda təşkil etdiyimiz yarışlardan biri "DOSTUNU GƏTİR və 5 STEEM QAZAN" adlanır. Burada məqsəd Azərbaycanda həm Steemit Platformasını, həm də topluluğumuzu daha da tanıtmaqdır.

Digər tərəfdən, bizim aktiv bloggerlərimiz də Steemit Platforması, Steem Blokçeyni, Kriptovalyutalar, Birjalar və Ticarət haqqında maarifləndirici yazılar hazırlayırlar.

Bizim iki məqsədimiz var: 1. Steemit Platformasını Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələrdən biri etmək, 2. Steemit üzərində ən aktiv və böyük topluluqlardan biri olmaq.

Hörmətli, Steemit Komandası, biz ölkəmizin potensialını bilirik və əgər bizə dəstək olunsa, bu platforma üzərində çox iş görə bilərik. Çox böyük ümidimiz var ki, böyük Steemit Balinaları(@steemcurator01, @steemblog, @steemcurator02) bizim səsimizi eşidəcək və öz məqsədlərimizə çatmaq yolunda bizə dəstək olacaqlar.

Sort:  
 3 years ago (edited)

Xeyirlisi ilə İNŞƏƏALLAH yaxşı olar... ALLAHIN izniylə Biz bunu bacaracayıq...Hər kəsə uğurlar AMİN

Coin Marketplace

STEEM 0.29
TRX 0.11
JST 0.034
BTC 66095.77
ETH 3184.92
USDT 1.00
SBD 4.12