"Həftənin Ən Aktiv Üzvü" yarışmasını elan edirik || Most Active User of Week contest || Week 1

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salamlar, Steemit Azərbaycan yazarları. Bu gündən etibarən yepyeni bir yarışma ilə qarşınızdayıq. Niyə "bu gündən etibarən" deyirik? Çünki təşkil etdiyimiz bu yarışma hər həftə davamlı olaraq, eyni şərtlər altında mütamadi keçiriləcək.

Yarışmaya "Həftənin Ən Aktiv Üzvü" yarışması adını verdik. Adından da gördüyünüz kimi, ən aktiv üzvü seçəcəyik.

Şərtlərimiz, tələblərimiz sadədir. Hansı ki bir az vaxt sərf etməklə bir günə belə bu şərt və tələbləri qarşılaya bilərsiniz. :)

Yarışmanı təşkil etməkdə 2 məqsədimiz var: 1. topluluq içindəki aktivliyi bir az da artırmaq, 2. əziyyət çəkən, aktiv olan istifadəçinin əziyyətinə qarşılıq onu yaxşıca mükafatlandırmaq.

İndi isə gəlin yarışmanın şərtləri ilə ətraflı tanış olaq.

most active user of week.png

Həftənin Ən Aktiv Üzvü seçilmək üçün nə etməliyəm?

Həftənin Ən Aktiv Üzvü seçilmək üçün aşağıdakı şərtlərə və tələblərə əməl etməlisiniz:

  1. Minimum 10 ədəd post yazmalısınız və yazacağınız 10 postun hamısı müəyyən ümumi qaydalara cavab verməlidir. Bu qaydalarla bu postdan tanış ola bilərsiniz: "Topluluq içində təşkil edilən yarışmalar üçün Ümumi Qaydalar || General Guidelines for The Contests"

  2. Minimum 60 ədəd rəy yazmalısınız. Günə 10 rəy yazaraq bu tələbi rahatlıqla yerinə yetirə bilərsiniz

  3. Yarışmaya qatıldığınızı göstərmək üçün bu postun altına "Mən həftəlik yarışa qatılıram" şəklində bir cümlə yazmağınız kifayətdir. Bu cümləni yazdıqdan sonra artıq siz yarışmanın içindəsiniz deməkdir. Sadəcə yuxarıdakı şərtlərə əməl edib, nəticələri gözləyin

Yuxarıda qeyd etdiyimiz bütün tələb və şərtləri bu postun vaxtı bitənə qədər yerinə yetirməlisiniz. Yəni, bir həftə vaxtınız var!

Qalibə hansı mükafat veriləcək?

Bu postun müddəti bitdiyi gün, yəni gələn həftənin bu günü qalib elan ediləcək.

  • Qalib profil 20 STEEM mükafat qazanacaq.

Hər birinizə bolluca uğurlar. Ən aktiv istifadəçi 20 STEEM-i qazansın! :)

And finally, many thanks to the Steemit Team , especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Sort:  
 3 years ago 

Mən də qatılmaq və qalib olmaq istəyirəm😉

Ay daa. İndi sənə uruslardan misal gətirəcəkdim e ki, onlar aktiv üzvü seçib mükafatlandırırlar. Bu əla oldu. Mən qatılıram.

 3 years ago 

Uğurlar

 3 years ago 

Mən həftəlik yarışa qatılıram

P.S. İntəhası, sadəcə bir nəfərə deyil, 20 SP 3 nəfərə bölünsə, daha çox qatqı olar. 1-ci, 2-ci, 3-cü yerlər. Subyektiv fikrim, təcrübə danışır)

 3 years ago 

Yarışmanın sonunda bunu simvolik olaraq 2-ci və 3-cü yerlərə əlavə olaraq hədiyyə verə bilərik. Əsas olan qatılmaqdır. Biz digər şeyləri ayarlayarıq.

 3 years ago 

Qatılıram və qalib olaraq öz pulumu öz cibimə qoyacam. Bu meydan, bu şeytan.

 3 years ago 

Yenə şeytanı söhbətə qatdun? ƏLLƏRİM göydə qalıb ki, şeytan işimizə qarışmasın, Tanrı Bizi qorusun. Sənin gördüyün işə bax

 3 years ago 

Mən həftəlik yarışmaya gözüyumulu, sevə-sevə qatılıram)) Hər kəsə uğurlar. AMİN🤲

Mən həftəlik yarışa qatılıram❤️

 3 years ago 

Uğurlar. Gözəl düşünülüb.

 3 years ago 

Çox gözəl məndə qatılaram

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.026
BTC 56953.07
ETH 2513.05
USDT 1.00
SBD 2.28