Əməliyyatlarımız və bazarlardakı son durum

Salam, dostlar. Bugünkü yazımız bazarlar və girdiyimiz son əməliyyatlar haqqındadır. Deməli, dostlar, hazırda bazarlar böyük tərəddüd içindədir desək, yerdir. Heç kim nə olacağını bilmir, hər kəsin beynində suallar, bilinməzlik və kimilərində də bizdə olduğu kimi təşviş.

Ayın 7-dən bu günə bitcoin yenidən düşüşə keçib. Belə ki, 42 minlərə gələn bitcoin, yenidən 50 minlərə qayıtsa da, orda tutuna bilmədi və hazırda yenidən 47 min səviyyələrinə qədər geriləyib.

BTC.png
Link to Photos

Aşağıdakı ekran fotosu coinmarketcap saytındandır. Burada siz bazardakı kapitalın həcmi və dominantlığın hansı kriptovalyutalarda olduğunu görə bilərsiniz.

Ekran rəsmindən də gördyünüz kimi bitcoinin bazardakı dominantlığı getdikcə düşür,ş hətta az qala 39 faizə çatıb. Etherimun isə dominantlığı getdikcə artır. Ümumiyyətlə, etherima olan yatırımların həcmi günü-gündən artır, hədsiz gələcək potensial və qalxış vəd edir. Etheriumun dominantlığının artması altcoinlərin bitcoindən aslılığının da azalmasını göstərir.

coinmarketcap Market Cap.png
Link to Photos

Bitcoində görünən durum odur ki, düşüş hələ bir az da davam edəcək və səbrimiz sınanacaq. 50 minlərdə tutuna bilməyən bitcoindəki növbəti dəstək yerimiz 40-42 min dollar arlığıdır. Əgər ki bitcoin burda da həcm yığa bilməsə, böyük ehtimal 30 minləri görəcik.

Microstrategiya kimi böyük şirkətin, bitcoin balinasının 2 gün öncə 47 mindən 80 milyonluq bitcoin alması belə bazarlara təsir edə bilmədi. Hələ ki sözün əsl mənasında bilinməzlik içinədir hər kəs.

btc analize.png
Link to Photos

İndi isə hər kəsi bir kənara qoyub gələk bizə. :) Bizdə durum qarışıqdır. İCP adlanan koindəki ziyanımız xeyli artıb, yenə 400 dolların üzərinə çıxıb. Balansa müəyyən qədər məbləğ daxil edib riski aşağı da saldıq və hazırda liqvidasiyamız 14 dollardadır.

Bir digər yandan isə DBG adlanan koində əməliyyat etməklə İCP-dəki risklərimizi aşağı salmağa çalışırıq. DBG-dən son günlərdə yaxşı kar tutsaq da, hazırda durum bir az mürəkkəbdir, nə olacağını kəsdirə bilmirik, gözləmədəyik. Hədəf 34-dən əməliyyatlara, lonqlara girməkdir.

dgb analize.png
Link to Photos
Link to Photos

Aşağıda FUTURES hesabımdakı riskləri və pozisiyaların ümumi durumlarını gərə bilərsiniz. DBG-də liqvidasiya səviyyəm olmasa da, bu İCP artıq zara gətirib. :D

account.png
Link to Photos

Bazarın necə olmasından aslı olmayaraq əməliyyatlarımıza davam edirik.

Hər kəsə bol qazanclar! :)

Sort:  

Məndə oxuyanda deyirəm DBG hansı koin oldu görəsən. Şəkillərdə DGB görəndən sonra bildim ki, hərf sırası qarışıb😂

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 59836.36
ETH 2365.02
USDT 1.00
SBD 2.47