Binance haqqında? || Kriptovalyuta birjası ilə tanışlıq

Binance birjası dünyanın ən böyük həcmli kriptovalyuta birjasıdır. Bu birjada siz, demək olar, istədiyiniz kriptovalyutanı alıb, sata bilərsiniz.

binance-logo.jpg
Link To Photos

Steemit Platformasının ən əsas kriptovalyutalarından 2-si bu birjada alınıb-satılır. Bunlar STEEM və Tron'dur. Steem Dollar, yəni digər qısaltma adıyla SBD isə bu birjada alınıb satılmır. Buna görə də biz ilk öncə Steemit üzərində SBD-ləri STEEM'ə çeviririk, sonra isə həmin STEEM'ləri Binance birjasına atıb, alış-satış edə bilirik.

Misal, deyəlim ki, siz Steemit'də xeyli müddət post paylaşdınız və bir müddətdən sonra balansınıza baxdıqda gördünüz ki, 10 ədəd SBD yığılıb balansınıza. İndi siz istəyirsiniz ki, bu 20 ədəd SBD-ni Amerikan dollarına, USD-yə çevirib bank kartınıza çəkəsiniz. Bu halda ilk öncə, həmin o 20 ədəd SBD-ni elə Steemit Platformasında STEEM-ə çevirirsiniz, sonra həmin STEEM-ləri Binance birjasına atırsınız.

STEEM-ləri Binance birjasına atdıqdan sonrası çox asandır. Belə ki, həmin STEEM-ləri siz birjada rahatlıqla USD-yə çevirib bank kartınıza ata bilərsiniz.

Bu mövzuya dair ətraflı video dərslərimiz olacaq. Bu dərslər sizdə ümumi fikir formalaşdırmaq üçündür.

binance main.jpg

Link To Photos

Digər tərəfdən, bildiyiniz kimi, Steemit Platforması paylaşdığımız postlara görə bizə həm də Tron adlanan kriptovalyuta da verir. Tron'nu Binance birjasına atmaq SBD-ni atmaqdan daha rahatdır. Belə ki, Tron'nu Binance birjasına atanda day bir də həmin Tron'ları STEEM-ə çevirmə məcburiyyətiniz yoxdur, çünki SBD-dən fərqli olaraq Tron özü birbaşa Binance birjasında alınıb-satılır.

Məsələn, deyəlim ki, Steemitdə bir müddət post paylaşdınız, vaxt zaman ötdü, balansınıza baxdınız ki, bahooo 1000 ədəd Tron yığılıb balansınıza. İndi siz istəyirnisiz ki, həmin 1000 Tronu Binance birjasına atıb, sonra USD-yə, yəni Amerikan Dollarına çevirib bank kartınıza atasınız. Bunun üçün etməli olduğunuz tək şey elə həmin 1000 Tronu Binance birjasına göndərməkdir. Başqa heç nə. Tron özü onsuz da Binance birjasında var deyə, daha sizin Tronu STEEM-ə çevirib sonra Binance-a atmaq kimi bir məcburiyyətiniz yoxdur.

How-to-build-a-crypto-exhange-like-Binance.jpg
Link To Photos

Növbəti dərslərdə yazdıqlarımızın hamısını ətraflı izah edən videolar da çəkəcəyik. Beləcə siz özünüz Steemit Platformasında qazandığınız pulları rahatlıqla bank kartınıza çəkə biləcəksiniz.

İndi isə istəyirəm ki, Binance birjası haqqında, sahibinin kim olması, nə vaxt yaranması haqqında məlumatla yazını bitirim. :)

Binance birjası 2017-ci ilin İyul ayında Changpeng Zhao tərəfindən yaradılıb. Adam bir vaxtlar adi bir Burger satan olub, indi isə dünyanın ən varlı şəxslərindən biridir, milyarderdir. Dünyanın ən böyük kriptovalyuta birjasının sahibdir.

Düşünün, 2017-ci ildə Binance birjası yaradılanda yeni qoşulanlara minlərlə BNB adlanan kriptovalyuta verirdi. Həmin vaxtlar həmin BNB adlanan kriptovalyutanın dəyəri sentlərdə sürünürdü, heç nə idi. Lakin bir neçə ay əvvəl qiyməti 700 dolları keçmişdi. :)

1d6fa454-11b3-4786-970d-ee5a6f0b5776.png
Link To Photos

Bu sektor gələcəyin sektorudur. Yeniliklər tükənmir. Yetər ki, işin içində olub araşdırasan ki, geri qalmayasan. Steemit'də fəaliyyət göstərən hər bir kəs bir şəkildə bu yeniliyin içindədir. Təbrik edirəm sizi. Həqiqətən, çox önəmli bir şeydir bu.

Kim bilir, bəlkə, gələcəkdə bu topluluqdan bir milyonçu, hətta milyarder çıxdı. :)

Oxuduğunuz üçün təşəkkürlər. İzləmədə qalın, yaxşı paylaşımlarımız olacaq.

Sort:  
 3 years ago 

Paylasim ve etrafli melumat ucun minnetdaram. Mende yuklemisem lakin hec bir emeliyyat aparmamisam heleki. Insallah inaniramki gelecekde bircox emeliyyatlar edecik ve bu platforma uzerinden hele cox pul qazanaciq.

Xoşdur, buyurun :)

 3 years ago 

Təşəkkürlər düşünən adam)). Özün yazıda bildirdiyin kimi, toxunduğun mövzular video izah formasında paylaşım edilsə gözəl olar.

Olacaq, inşallah :)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59889.02
ETH 2673.12
USDT 1.00
SBD 2.46