Uğurlu yol🌿

Salamlar Steemit Azerbaijan ailəsi necəsiniz?
Tanışlıq postumuz hələ də davam edir😄.
Bu gün sizə iş həyatımdan danışmaq istəyirəm.

IMG_20211214_195515.jpg

Magistrda dərslərin çoxluğu, çətinliyi bakalavr kimi olmur qismən daha az və asan olur. Demək olar ki, boş vaxtım çox olurdu. Buna görə də qrup yoldaşımın təkidi və köməkliyi ilə bir şəbəkə aptekində işə başladım. İlk vaxtlar çətin olsada zaman keçdikcə uyğunlaşdım. İnsanlarla ünsiyyətdə olmaq, onlara kömək edib, problemlərini həll etmek, tanımadığım insanlar tərəfindən sevilmək çox gözəl duyğudur.
Hər işdə olduğu kimi mənim işimdə də çox çətinliyim, ruh düşkünlüyü yaşadığım hallar oldu. Ancaq böyüdükcə, işində təcrübən artdıqca problemlərinə daha az emosional yanaşıb, daha tez həll edirsən. İşləmək, öz ayaqları üstündə hec kimdən bir yardım gözləmədən durmaq insanı daha özgüvənli, daha xoşbəxt edir. Bütün həmcinslərimə bu xoşbəxtlikdən arzu edirəm.

IMG-20211214-WA0092.jpg

Hal hazırda savadlı, gözəl kollektivi olan bir aptekin rəhbəriyəm. İndi ki gəldiyim yerdən razıyam amma buna qane olmuram. Gələcəkdə həyatımda, karyeramda daha böyük uğurlarımın olacağını bilirəm.
Belə dəyərli Steemit Azerbaijan ailəsi bir köməyə, məsləhətə ehyiyacınız olsa əlimdən gəldiyi qədər etməyə hazıram🙏🤍
Bu günlük də bu qədər deyək yeni yazılarda görüşənə qədər, çalışın sağlamlığınızın qeydinə qalın🌸

Sort:  
 3 years ago 

Rəhbəri olduğun aptekdə bizə iş versən pis olmaz 😂😂 Belə davam et uğurlar ♥️🌸

Mütləq 😄 çox sagol quzu❤️

Uğurlarınız daim olsun. 🙏🏻

Çox sagolun🙏🌸

 3 years ago 

Uğurlu yolda yolunuza çıxan çətinlikləri aşıb keçmək cəsarəti və gücü o cümlədən vasitəçi insanların dəstəyi daim olsun. Uğurlar...

Çox sagolun istəyib bunun üçün çalışan hər kəs üçün🙏☺️

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59329.35
ETH 2613.53
USDT 1.00
SBD 2.44