Sehirli roman🧚‍♀️

Salamlar əziz steemitçilər necəsiniz?
Bu gün sizə oxuduğum bir kitabdan danışmaq istəyirəm.

CFA51E87-8F77-4748-BE20-9663731D2F33.jpeg

Fikrimcə insanlar iki yerə ayrılır bir qism kitab oxuyanlar, digəri film izləyənlər. Artıq yazdıqlarımdan bilərsiniz ki, mən ikinci sıraya daxiləm. Amma istisna hallarda olur. Çünki bəzi kitabları oxuyanda vaxtın necə keçdiyini belə hiss eləmirsən Bəlkə də bu bir həqiqətdir də o kitablardan biridir.

39F2A998-3C63-4EFB-8E34-232BC74AEC41.jpeg

Marc Levy sevdiyim bir yazardır. Kitablarının bir neçəsini oxumuşam, ancaq bu kitabın yeri tamam ayrıdır. Oxuduqca insanda çoxlu duyğular oyadır. Ən əsası da güldürür.
Kitab xəyal gücünün təsiri ilə yazılıb və ilk səhifəsindən səni özünə cəlb edir. #loren adında axırıncı kurs tələbəsi bir bazar günü köhnə maşınıyla yol qəzası keçirdir və aylarla komada qalır. 6 ay sonra Lorenin evini #artur adında bir memar kiralayır, və Artur heç kəsin görmədiyi Lorenin ruhunu görür maraqlı hadisələr isə burdan başlayır.
Kitabın ikinci hissəsi də var #sizitekrargörmək onuda oxuyanda yazacam bura.
Kitaba əsasən film də çəkilib. #justlikeheaven Azərbaycanca #yerləgöy arasında. Filmlə kitab fərqlənsə də maraqlı idi.

8322F191-1155-4B44-A28B-C003D3BA9727.jpeg
link

Belə əziz steemitçilər vaxtınız olanda ilk kitabı oxuyun, ardından da filmini izləyin. Əminəm ki, sizdə bəyənəcəsiniz
Bu günlük də bu qədər yeni yazılarda görüşənə qədər

Sort:  

Məndə 2 ci qrupdanam. Filmləri sevirem. Amma bu kitabı illər öncə oxumuşdum və filminə isə kitabdan sonra baxmışdım. Kitabı daha maraxlı idi fikrimcə. Yazınız üçün sağolun.

Məndə eyni fikirdəyəm siz sagolun💜

Qələminizə sağlıq ❤️.. Kitabı oxusam da filminə baxmamışam.. Amma ən qısa zamanda baxacam.. Həm kitabı həm filmi olduqda hər zaman kitab daha cəzbedici gəlib mənə.. Fikrimcə çox insanda belədir..

Çox sagolun❤️. Məndə eyni fikirdəyəm, həmdə filmlərdə kitabın əsas mövzusundan cıxılır

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59647.03
ETH 2622.47
USDT 1.00
SBD 2.44