Olmazsa olmazlarımız💊

Salamlar əziz yazarlar necəsiniz?( arada cavab yazın bu sualıma😄)
Bu gün sizə orqanizmin öz funksiyalarını düzgün yerinə yetirməsi, bədən müqavimətinin aşağı düşməməsi üçün lazımlı olan vitaminlərdən danışacam.

BB4D198E-0B1F-4876-AA8D-B3E83D56031A.jpeg

Vitaminlər 2 hissəyə ayrılır; yağda və suda həll olanlar. Yağda həll olan vitaminlər A, D, E və K vitaminləridir. Digərləri isə suda həll olurlar. Suda həll olan vitaminlər orqanizmdə toplanmırlar və əksər orqanizmalarda xaricdən nə qədər çox qəbul etsəkdə bunun bizə bir ziyanı olmur, çünkü bədəndən tez həll olub çıxırlar. Yağda həll olanlar isə əksinə normadan çox qəbul etmək olmaz. Bunlar orqanizmdə toplanar, mənimsənilməz və sonradan fəsadları ortaya çıxar. Yəni bütün dərman vasitələri bizə lazım olan (müalicəvi) dozada qəbul etməliyik, yüksək dozada bunlar orqanizm üçün zəhərdirlər.

5731EA40-3198-481E-8284-0A521A3C8202.jpeg

Vitaminlər, minerallar bioloji aktiv maddələrdirlər. Əsas təsiredici dərmanlar olmasalar da onlar olmadan orqanizmamızın inkişafı zəifləyər.
Yəni, boy inkişafı ləngiyər (A), sümüklər normal inkişaf etməz(D), dərinin elastikliyi azalar(E), qanın laxtalanma qabiliyyəti zəifləyər(K), bədənin immuniteti aşağı düşər(C), sinir oyanıqlılığı yüksələr, bədən ağrıları çoxalar(B qrup), dırnaqlar qırılar, saç tökülməsi çoxalar(H-Biotin)və s.
Birdə bədənimiz üçün çox lazımlı minerallar vardır ki, vitaminlərlə birgə tətbiq olunub onların təsirlərini daha da çoxaldırlar.
Dərimizin daha təravətli, canlı görünməsi üçün orqanizmdə olan, ancaq yaş artdıqca azalan xüsusi maddələr( kollagen, hialuron turşusu və s.) vardır. 25 yaşdan sonra xaricdən də qəbul olunmasına başlanılmalıdır. Bunlar həmçinin dəridə ilkin qırışların yaranmasını da ləngidir.

01510A18-3CA4-4FED-B01A-5E0A57D5BA97.jpeg

Ümumiyyətlə hər yaşda vitamin və minerallara orqanizmdə ehtiyyac var. Hər fəsilə uyğun bədəndə yaranan müəyyən çatışmazlıqları bunlar vasitəsilə aradan qaldıra bilərik.
Belə əziz steemitçilər sağlamlığınız üçün çalışın qidanıza,o kifayət etmədikdə isə vitaminlərinizin vaxtında qəbuluna diqqət yetirin.
Burda qurtaraq, gələn yazılarda görüşənə qədər. Hələlik🌸

Sort:  
 2 years ago 

Salam yaxşı sən necəsən dəyərli yazar

Çox sağolun xanım qız məndə yaxşı🌺

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59329.35
ETH 2613.53
USDT 1.00
SBD 2.44