Naxcivan Ashabu kef

in Steemit Azerbaijan☪✔3 years ago

Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi “mağara insanları” mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin “Əl-Kəhf” surəsində xatırlanılır. Lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.

Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış rəvayət də təqribən eyni məzmunludur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.

IMG_20210718_102856.jpg

IMG_20210718_092447.jpg

IMG_20210718_094050.jpg

IMG_20210718_094020.jpg

IMG_20210718_093102.jpg

Qurani-Kərimdə "Əshabi-Kəhf" haqqında

Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi "Əl-Kəhf" surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində "Əshabi-Kəhf" adı ilə tanınan mağaralar vardır ki, onların da Qurani-Kərimdə adı keçən mağara olduğu iddia edilir. Mağaranın yerləşdiyi yerin xüsusiyyətləri Müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsinin 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin". Mağaranın içərisinə girəcəkdən baxarkən girişdən sağ və sol nəzərdə tutulur, məhz Culfadakı "Əshabi-Kəhf"də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Müqəddəs Qurani-Kərimdəki bu fikirlər mağaranın Culfada olmasını sübut edən amillərdən biridir. "Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında Əshabi-Kəhfin vəziyyətini araşdırırdılar. Dedilər ki, "Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir". Onların vəziyyətinə vaqif olanlar isə "Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik" dedilər". Culfada yerləşən Əshabi-Kəhfdəki indiki məscid də qeyb olanların yaxınlığındadır

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58617.29
ETH 3164.87
USDT 1.00
SBD 2.44