The Diary Game -Better Life Season 3 - 16.11.2021.(Allahın xeyir əməlləri?! )

in Steemit Azerbaijan☪✔3 years ago

Axşamınız xeyir, çörəyi qələminin gücündən çıxan zəhmətkeş Steemit Azərbaycan topluluğu:) Necəsiz? Zamanın ən gözəl nitq etiketi :Allah canınızı sağ etsin hər zaman.
Biz də günlərimizi beləcə qarşılayıb yola salırıq.
Bu gün hava çox soyuqdur bizi tərəflərdə. Yağış, hərdən də sulu qara keçir. Mən də həmişəki kimi işə tələsirəm. Amma mənzərə gözəldir.

246442.jpg

Bu gün qəribə olanlardan biri də səhər telefonu acanda vatsapda olan sms idi. Deməli, bir necə ay əvvəl məni bir dini qrupa əlavə etmişdirlər. Bir necə gün dinləyici kimi qaldım qrupda. Qrupa gələn mesajları oxudum, dinlədim. Nəsə bir xeyli müddətdən sonra birtəhər qrupu tərk edə bildim.

IMG-20211116-WA0025.jpg

Nəsə sözüm onda deyil. Sms bir qadın yazıb. Soruşuram məni necə tapmısan, falan.
Yazıb ki, bəs uşağım xəstədi, ağzı gəlib yemək yeyə bilmir necə gündü. Şəkillərini də atıb.

246443.jpg

Dərman almağa imkanım yoxdur. Siz mənə köməklik edə bilərsiz?And içir, aman edir.
Belə hallarla tez - tez qarşılaşırıq gündəlik həyatımızda həm də sosial şəbəkələrdə.
İndi soruşmaq istəyirəm ki, sizcə belə hallarla qarşılaşdıqda onlara inanmaq lazımdır yoxsa yox?

Hər birimizin dualarını, nəzirlərini Allah qəbul etsin.
Allah mərdimazarı heç kimin qarşısına çıxarmasın!

Sort:  
 3 years ago 

Əsas qəlbiniz sizə nə deyirsə onu dinləyin. Əziz tərəfdaş mənim fikirimcə başqasının deyil özünüzün ixtiyarınıza buraxın əməllərinizi. Təəsüf ki, o qədər aldadıcı xislətli insanlarla qarşılaşırıq ki kimin kim olduğunu ayrıd edə bilmirik. Yenə də diqqətli olub tam məlumat alın və özünüzün iradənizlə hərəkət edin.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60122.55
ETH 3199.29
USDT 1.00
SBD 2.43