The Diary Game -Better Life Season 3 - 15. 11.2021.(Günümüzün qəhrəmanları)

in Steemit Azerbaijan☪✔3 years ago

Axşamınız xeyir, əziz Steemitçilər. Yaxşı olun hər zaman.
Bu gün noyabr ayının 15 - i. Günlərimizi şükürlə geçiririk. Ümidvaram ki, sizdə də belədir. Günümüzün əsas qəhrəmanları uşaqlardır. Fərqi yoxdur hansı fəsildir, hava necədir, əsas olan onların havasıdır. 🥰

234413.jpg

Fərqini siz görürsüz. Hava uşaqların aləmində onlara görə köklənib😇

234414.jpg

Uşaqlarımızın havası belə qalsın... Mən keçim öz havama:)
Kənd əhli meyvəsini tərəvəzini yığıb başının altına xımır - xımır yeyib içib dolanır. Amma geriyə qalan xeyli təmizlik işləridir.Bu rəngli yarpaqlara ,təbiətə baxıb zövq alsaq da həyətə ağaclardan tökülən yarpaqları mütləq təmizləmək lazımdır 🙄. Əllərimiz qırılma - qırıla süpürüb təmizlədik:) Elə yorğun- yorğun bu fotoları da götürdüm:).

245299.jpg

242413.jpg

Günümüz beləcə davam edir. Rayonların təbiəti elə gözəl hala gəlib ki, bir tərəfdə qızılı payızı görəndə digər tərəfdə dağların başında ağappaq qarı həm görürsən həm də hiss edirsən.

Bizlər payız işləri gördükcə uşaqlarımız gəzintilərini, ekskursiyalarını heç nəyə dəxli olmadan görməyə davam edirlər. Hava da imkan verir ki, uşaqlar gəzintilərinin necə deyərlər doya - doya dadını çıxarsınlar.
Hər postumun sonunda həyətimdə olan çiçəklərin fotosunu sizlərlə bölüşməsəm günah olar.

245305.jpg

Hər birinizə gözəl sabahlar arzusuyla... Oxusaz öncədən təşəkkürlər.

Sort:  
 3 years ago 

Nə gözəl mənzərələrdir 😍

 3 years ago 

Kadrları tuta bilirik deyəsən)) çox sağ olun.

 3 years ago 

Xoşdur 😊

 3 years ago 

Elədir ki, var

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60122.55
ETH 3199.29
USDT 1.00
SBD 2.43