♥️CLUB5050♥️ THE DİARY GAME BETTER LİFE- 10.05.2022. (Sıfırlanıb yenidən başlsmaq)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam əziz stemitcilər. Necəsiniz?
Çooox uzun bir müddətdən sonra mən yenə də sizinlə addımlamağa gəldim. Əslində sizdən getmək məqdədim olmamışdı. Deyəsən qış məni də öz abu - havasına salmışdı. Şükür ki, təsirini adlaya bildim:)
Elin bir sözü var ee deyəsən" şeytanın qıçını qırmışam"
Sıfırlanıb yenidən başlamaq deyəndə həmin o yenidən başalayanı:) nəzərdə tuturam. (deyəsən mənəm). Təbiətdən başlayım bəlkə. Biraz bundan öncə hər tərəf bomvoz biyabanlığı xatırladırdı.Bizim ətəyində yaşadığımız dağ və həmin dağın ətəyi ilə uzaq məsafələri yaxın edən dağətəyi çığır...

311037.jpg

309273.jpg

Dağlar,çöllər, yollar çaylar dərin bir sükutun içində sanki məqam gözləyirdilər ki, çoşub daşsınlar. İndi elə həmin çağın içindəyik. Təbiətin ən gözəl anlarını yaşayırıq. İnsanların damarlarında qanı qaynayır:) Uşaqların bir - birlərinə qarışan səsləri, quşların cingiltisi lap anları doya - doya yaşamaq istəyirsən.

Screenshot_20220510_211323.jpg

Qayğısızlarımız🌹Uşaqlarımızın yeyimlərinə diqqət!

330910.jpg

Bu gün də ayın 10-u.Bir neçə il əvvəl bu günü "Gül bayramı" adı altında qeyd edirdik. Mənimlə eyni vaxtda olanlar 😉hər halda xatırlamış olarsız. Hamımız həmin vaxt milli parkı qarış - qarış niyəsə gəzərdik. Mən bir etiraf da edim ki, necə il bundan öncə (mobil telefonlar az - az olan vaxtlar) rayon tələbələri bir- birlərini həmin gün tapırdılar:) Görmədiklərini, görüşmək istədiklərini mütləq fürsət idi ki, tapsınlar. Yoxsa bir də qalacaqdı gələn ilə😉İndiki kimi rahat olsaydı nə var idi ki...

308136.jpg

Bu gün çoooox özəldi bizlər üçün.Heç vaxt unutmarıq. Biz siyasətə qəti şəkildə qoşulmuruq haa. Ona görə də yazmadım o haqda.
Oxusaz və məni salamlayıb xoş gəldiz desəniz şad olaram.

Sort:  
 2 years ago 

Yenidən aramıza xoş gəldiniz.

 2 years ago 

Çox sağ olun

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43