Kənddə bir gün.

in Steemit Azerbaijan☪✔3 years ago

Mənim bu günki günüm çoox məhsuldar olub.
İlk işim bostandan başlayıb. Bir - biri ilə yaxın qonşu olan meyvələr, tərəvəzlər.
200065.jpg

Həm də lobyadan, xiyardan, pomidordan yığıb günün menyusunu təşkil etməliyəm.Çox adam lobyanı xoşlamasa da fikirləşdim ki, lobya ola onu Qəbələlilər in özünə məxsus "Lobyalı plovunu" hazırlamayasan... Günah olar. İlin günün bu vaxtı qarpızla aş yemək. Yeyənlərə nuşi can).

200058.jpg

Yığdığım məhsulun bir hissəsini bişirib nahara hazır etsəm də artıq qalanlarını da xarab olmasın deyə soyuducuya yox, qış üçün tədarük etmək qənaətinə gəldim. Budur... Kənd həyətidir də əlimizin altında olan hər meyvədən tərəvəzdən yığıb belə bir tərəvəz salatı və xiyar turşusu hazırladım.

200061.jpg

200062.jpg

Bilirsiz bilmirsiz deyə bilmərəm bu balonları bu cür yöğdıqdan sonra ən azı heç olmasa 15 dəqiqədə peçin üstündə qaynatmaq lazımdır. Elə əlimdə olan qazanı peçin üstünə qoyub qazı açmışdım ki, qazları kəsiblər(budur kənd həyatının özəlliyi, bizlərdə ayda bir - iki dəfə bir gün belə kəsirlər qazları) Bu da mənim işim çox olan günə təsadüf etdi. Ona görə də dədə baba qaydası ilə işimi davam etdim.

200063.jpg

Hələ onu da deyim ki, güya biz müəllimlər məzuniyyətdəyik də. İstirahətimizi belə səmərəli keçiririk.

200067.jpg

Həmişəki kimi iş başındayıq.)

Sort:  
 3 years ago 

Kənd həyatının ayrı ləzzəti var.Ola bilər kimlərsə bəyənmirlər..Şəxsi fikrimdi.Nuş olsun..Lobyanın dəlisiyəm)) Əllərinizə sağlıq çox dadlı olmağına inanıram..MAŞALLAH olsun..Tutmaların yeri var..Xeyirliklərdə işlədəsiz AMİN🤲

 3 years ago 

Kənd həyatı ancaq kənardan gəlib biraz istirahət edib gedənlər üçün ləzzətlidir)). Kənddə daima yaşamaq həqiqətən çoox cətindir. Neyniyirsən et axır ki, kənddir.
Lobyanın da istər qurusu, istər yaşıl halı il boyu dəbdədir)) . Yayda yaşıl lobya qışda da qurusu.Ona görə bizi tərəflər də deyirlər paxla ye başını saxla😇
Çoox sağ olun. Amin!

Gəlib yeyərik, aşdan zaddan))

 3 years ago 

))) İnşaAllah

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62837.64
ETH 2542.11
USDT 1.00
SBD 2.65