BİR SƏNİ UNUTMAQ YADIMDAN ÇIXIB...

in Steemit Azerbaijan☪✔3 years ago

Mənəm, tanış olaq, qəmin adamı!
Özün din, özün de, unutmusanmı?
Unut söylədiyin həmin adamı,
Görəsən özün də unutmusanmı?

İlahi, bu illər necə tez ötür,
İndi sənin üçün özgəyəm, yadam.
Mənəm- nöqtə-nöqtə, sətirbəsətir,
Səni misra-misra unudan adam.

52db503_o.jpg

Belə unudulmaq yandırar səni,
Yaddaşın bir anlıq donar həmin an.
Hardansa, kimisə andırar sənə,
Suyu şirin gələr, xatırlamazsan.

Daha bir naşıyam bu yola, izə,
Daha xatirələr dadıma gəlmir.
Necə qovuşmuşduq bir-birimizə,
Necə ayrılmışıq yadıma gəlmir.

Sözünü üstünə qoyub gözümün,
Gecəni gündüzə qatıb unutdum.
Əlim əsə-əsə alın yazımın,
Altına imzamı atıb unutdum.

2016-03-24-12-33-27.jpg

Bir damcı su çıxmaz gözümü sıxsam,
Qurutdum sayəndə gözümün yaşın.
Allahdan yaddaşım zəifdi, yoxsa
Nə ilə qatardım qəlbimin başın?!

Başıma doladım hər günü, ayı,
Dayandım dərdimi bağrıma sıxıb.
Unutdum səninlə bağlı hər şeyi,
Bir səni unutmaq yadımdan çıxıb
Foto
Foto

Sort:  

Gözəl şeirdi👋

 3 years ago 

Çox sağ olun. Şairin adını qeyd etməyi unutmuşam yəgin problem olmaz. Xəlil Adıgözəlin şeridi.

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 60857.34
ETH 2383.21
USDT 1.00
SBD 2.68