O..

in Steemit Azerbaijan☪✔4 years ago (edited)

IMG_20210518_203753_111.jpg

Tanrının izlərini,zərif toxunuşlarını hiss edin..
Üzünüzün cizgilərinə zərifcə sığal çəkən rüzgarda.. Usulca dərinizə toxunan günəşin şüalarında..
Torpaq üçün darıxıb sürətlə yerə enən damlalarda..
Gözləmədiyiniz anda həyatınızdan keçən insanlarda..
Onların gülüşlərində..
Göz yaşlarında..
Görün Tanrını..
Duyun Tanrını..
Ağlınızdan keçən bir cümləni söyləyərək təəccübünüzə səbəb olan o kəsdə..
Təsadüfən eşitdiyiniz musiqidə..
Təsadüfən şahidi olduğunuz hadisələrdə..
Oxumaq üçün seçdiyiniz kitablarda..
İzləmək üçün ağlınıza gələn filmdə..
Minnətdar olun ona..
Sahib olduğunuz hər şey üçün..
Var olduğunuz üçün..
Çox sevin onu.. .

Sort:  
 4 years ago (edited)

Var olan hər şey biri-birinə bağlı şəkildə tək bir şeyin parçasıdır və ya biri-birini tamamlayır deyə bir ehtimal var beynimdə. Bu bağlılıq tanrını doğura bilər, başqa bir varlığı da. Digər tərəfdən, bir az da düşünəndə hər şey təsadüfə əsaslanır deyə də düşünürəm. Mürəkkəb mövzudur. Hər bir halda, əsas olan, adam olmaq və ətrafımızdakı hər şeyə, hətta bizə görə pis hesab olunan bir insana belə özümüzün bir parçamız kimi baxmaqdır... Təşəkkürlər paylaşım üçün.

 4 years ago 

Maraqlıdır... Tanrını hiss etmək. Hisslər bizim cismimizlə ruhumuzun arasında bağlantı yaradan enerjidir. Ruhum tanrıdan cismin yaşadığım, yarandığım yerdən təzad tapıb. Hər kəsdə fərqli bir anlayış, hər kəsdə fərli hiss. Bu hislərə təsir edən beynimizin serotonini artıran digər tərəflər. Allah hər zaman sizi fikirlərinizdə səhv çıxarmayacaq insanlar, mühit və şərait içərisində eləsin.

 4 years ago 

Həyatda hərbir hissi yaşamağ olur sadəcə yaxşi hisleri yasamagi dileyirem

Xoş diləyiniz üçün minnətdaram, ancaq, mən isə bütün hissləri təcrübədən keçirməyin tərəfdarıyam💭

Coin Marketplace

STEEM 0.27
TRX 0.26
JST 0.039
BTC 94467.52
ETH 3348.45
USDT 1.00
SBD 3.35