Steemit Enagement Challenge ||💚||Season2, Week #1 ||💚|| 🛫🌏 Your travel manager ✈ Quba, Azerbaijan

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam aleykum Friends, Salam aleykum Dear Memebers of all Steemit Communities...🙋🏻‍♂️🤝

Dəyərli insanlar sabahınız,günortanız, axşamınız və gecəniz, xeyirli olsun. Bu postu oxuyarkən ola bilsin ki, hansısa regionda hələ də səhər, günorta, axşam vəya gecədir. O cümlədən bir sözlə hər vaxtınız xeyirli uğurlu olsun...😍 Dostlar Steemit Topluluğu axı böyük topluluqdur. Demək olar ki, Dünyanın hər bir qarışında Steemitsevərlər var. Əvvəla Steemit rəhbərliyinə bizi dəyərləndirdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Həqiqətən xəyal varsa, xəyala doğru məqsədddə vardır, Məqsəd varsa, məqsədə doğru səylə, əzmlə çalışmaq da vardır. Əzmlə, zəhmətlə çalışmağın qarşılığında alacağın nəticəyə, dəyərləndirməyə yetişmək də vardır. Və Qrup, komanda olaraq biz bunu etdik. Dostlar əslində ad çəkmək istəyirəm amma bəzi səbəblərdən ümumi deməyi üstün tuturam. Ona görə də, bu uğura nail olduğumuz üçün #steemitazerbaijan -ın şəxsi heyətini təbrik edir və dərin minnətdarlığımı bildirirəm.❤️ Az-çox, kimin gücü nəyə çatdı və verdiyi dəstək indi bizim uğurumuzun bariz nümunəsidir. Çox üzr istəyirəm bir balaca gec qoşuldum. Napayım, Mizacım böyle😉😂 Universitet vaxtı imtahana bir gün qalmış hazırlaşan tələbələrdən olmuşam🤦🏻‍♂️ Bir balaca tənbəlliyim var.. Kusuruma bakmazsız. Nəisə dostlar söhbəti çox uzatmadan keçim əsas məsələyə. Azərbaycanımızın Sumqayıt şəhərində doğulub boya-başa çatsam da, əslimiz ta Şimala gedib çıxır. Yəni Quba şəhərinə. Əsli danmaq olmaz. Doğrusu Quba haqqında biliklərin kasaddır, dədə-babadan yadımda qalanları Sizinlə bölüşəcəyəm. Ümid edirəm razı qalarsız.

IMG_20220608_091354.jpg

My Friends lets go to My City😉 Bura Quba şəhərinin giriş qapılarıdır. Bu girişə Bakı-Quba yolu da deyirlər. Digər tərəfdən Xaçmaz şəhəri istiqamətdən Quba şəhərinə giriş də vardır. Yolumuzun üstü bura olduğu üçün buranı qeyd etdim.

  • Quba qədim şəhərdir.Paytaxt şəhərimiz Bakı şəhərindən 168 km məsafədə yerləşir. Quba dağlıq şəhərdir. Böyük Qafqaz sıra dağlarının yüksək zirvələrindən olan Şahdağın şimal-şərq yamacında yerləşir. Qudyalçay sahilini Quba şəhərinə həvalə edib və Quba şəhəri dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Əsası XV əsrdə qoyulmuşdur.Tarixi haqqında çox dərinə getməyəcəm. Ümumi olaraq bir şeyi də nəzərinizə çatdırım, hər şeyi desəm daha gəlib-gəzməyin dadı qalmaz. Bir balaca intizarda saxlamaq da lazımdırki, marağınız olsun.

IMG_20220608_091823.jpg

Şəhərə girişdə bizi ilk qarşılayan bir əlində qalxanı, digər əlində sivri uclu kəskin iti qılıncı, başında dəbilqəsi və əynində zirehli platarı olan qədim döyüşçü olur... Dostlar bu qurutmaq üçün deyildir. Qonağı qarşılamaq da lazımdır axı. Döyüşçü paltarında olduğunun səbəbi xalqımızın dözümlü, yuxa ürəkli olduğu kimi döyüşçü ruhu da vardır. Bir növü mərdlik rəmzidir.

IMG_20220608_092413.jpg

Ana Babamın evinin qarşısında belə bir gözəl məsciddə var. Cümə məscidi adlanır. Uşaq vaxtı bu məscidin minarəsinin necə tikildiyinin şahidi olmuşam. Mövzu məscidə gəldisə onu da qeyd edimki :

  • Quba şəhərində əsas din olaraq İslam dinidir. Ümumilikdə dini tərkibi nəzərə alsaq, Quba şəhərində müsəlmanlar, xristianlar və yəhudiləri qeyd etmək olar.

IMG-20220611-WA0008.jpg

IMG-20220611-WA0009.jpg

  • Quba şəhərində yəhudi millətinin yaşadığı yerin bariz nümunəsi - Qırmızı qəsəbə. Qudyalçay bir sahilində Quba şəhəri, digər sahilində isə Qırmızı qəsəbə yerləşir. Qırmızı qəsəbə haqqında link:

link

IMG-20220609-WA0028.jpg

IMG-20220609-WA0027.jpg

  • Quba şəhərində azərbaycanlılar, tatlar, ləzgilər, ruslar, qrızlar, xınalıqlılar və başqa xalqlar yaşayırlar.

IMG-20220609-WA0048.jpg

  • Bu isə Qubada qədim hamamdır. Rəhmətlik Babamla buraları çox gəzərdik. O texnikumda Biologiya müəllimi olub. Bəlkə də, təbiətə belə tez isinməyim, rəğbət bəsləməyim o səbəbdəndir...Dayım uşaqları ilə hərdən zarafatlar edərdik. Buranı görəndə "O olmasın, bu olsun" filmi yadıma düşür.😍

IMG-20220609-WA0049.jpg

  • Bu fotolar Quba şəhərindəki Nizami Gəncəvi parkındandır.

IMG-20220609-WA0045.jpg

IMG-20220609-WA0051.jpg

  • Bu pilləkənlərin istiqaməti Qırmızı Qəsəbəyədir. Yəni pilləkənlər Qırmızı qəsəbəyə keçid etmək üçün Qudyalçayın üzərində inşa edilmiş körpüyə qədər uzanır.

IMG-20220609-WA0041.jpg

  • Dostlar nə etmək olar insan əməyi olan dəmir konstruksiyalı karusellərimiz olmasa da əvəzində belə gözəl, təbiətin bizə bəxş etdiyi təbii karusellərimiz var. Aşağıdakı fotolar isə Qubanın Afurca, Firiq və Qonaq kəndindən xırda nümunələrdir.😍

IMG-20220609-WA0102.jpg

IMG-20220609-WA0099.jpg

  • Təngialtı dərəsində Qaçaq Mayılın mağarası...

IMG-20220609-WA0097.jpg

IMG-20220609-WA0085.jpg

  • Quba Şəhərimiz xalçaçılığı ilə də məşhurdur. Məndə orginal fotolar olmasa da sağ olsun google köməyimə çatır. Qonaqkənd xalçası. Quba xalçaları haqqında ətraflı məlumatları aşağıdakı linkdən öyrənə bilərsiz.👇

link

280px-Qonaqkənd_xalçası.jpg

link

  • Çeşidbəçeşid Alma yemək istəyən Qubaya gəlsin😉 Fotonu Photo Collage proqramı ilə düzəltmişəm. Postun çox geniş olub, yorucukuöun qarşısını almaq üçün...

2022-06-11 11-04-22.png

  • Posta sonluq olaraq bu şəkil ilə nöqtə qoymaq istəyirəm. Dostlar əslində yazmağa sözlər,yerləşdirməyə fotolar çoxdur. Ən yaxşısı Sizi maraq dairəsindən çıxarmamaq üçün biraz intizarda saxlamaqdır.Ümid edirəm ki, postum pis alınmayıb...Hələlik bu qədər. Azərbaycanımıza səyyahət etməyiniz ümidilə hələlik. ALLAHA əmanət olun. AMİN İNŞƏƏALLAH 🤲

IMG-20220609-WA0034.jpg

  • Dəyərli Steemit üzvləri belə bir fikrimi də nəzərinizə çatdırım. UCA ALLAHIN yaratdığı hər şey gözəl və əvəzolunmazdır. Elə region varki, daima istidir, su dərinlik üzünə həsrətdir, elə region da vardirki, daima soyuq, boran, şaxta , külək ilə əhatələnib isti nədir bilmir. Bəlkə də sizə qəribə gələcək, amma hərəsinin özünəməxsus gözəllikləri vardır. Dostlar hər şeydə bir xeyir vardır. Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun. AMİN İNŞƏƏALLAH 🤲
  • *** Post üçün fotoların toplanmasında Mənə göstərdikləri dəstəyə və etdikləri köməyə görə Dayıma və Xalamoğluna dərin minnətdarlığımı bildirirəm...***
Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8.5/10


Thanks Bro 🙏

 2 years ago 

Orxan əla postdu. Mən də elə buna oxşar yazmışdım, irad tutdular ki, contesti anlamamışam. Bəs oraya samalyot gedirmi, neçəyə gedir, bir öynə yemək yeməyə nə qədər pul çıxar, steemlə neçə olar zad. Bunları da yazmalı imişəm. İndi sən də istəyirsən baş gavur görməmiş edit elə, əlavə elə. Steem sözünü gözlərinə sox görək bir şey qoparda bilərikmi?))

Əvvələ qiymətləndirdiyini üçün təşəkkür edirəm...Bizim buralara təyyarə işləmir. Olsa ancaq helikopter yada hündür maşınlar dırmaşa bilir. Ən rahatı atla qalxmaqdır. Açığı onlardan yazmaq istədim gördüm post uzana-uzana gedəcək. Ondan əlavə bəzi şeyləri də ixtisara saldım. Xeyirlisi ALLAHdan🤲

You got my upvote because my translator couldn't interpret the post.
Best regards

Why couldn't translate? Did You examine with Google translate or others? My friend You must learn our language

😁😁 even if I spent a decade in your country, do I think I will be able to write, and understand your language🤔.
With the google translator which automatically change every languages to English could not but I don't know why.
It's all good tho
Best of luck

Dont worry My Friend. We shall teach You, if You want to learn😊 Thanks for wishes. Good luck to You too🤝

Congratulations on a being a winner in the Steemit Engagement Challenge - Season 2, Week 1.

Coin Marketplace

STEEM 0.29
TRX 0.11
JST 0.033
BTC 63945.57
ETH 3135.76
USDT 1.00
SBD 4.00