❤️Club5050❤️Yayın dərmanı...😍(100% beneficiares for Steemit Azerbaijan)

#steemitazerbaijan -ın dəyərli üzvlərinə SALAMLAR...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyirli olsun. Necəsiz? Salamatçılıqdırmı? İş-güc necədir? Yolundadırmı? Dostlar düşündüm də, yayın bu isti, qızmar vaxtında susuzluğu yatırmaq üçün qrup həmkarlarımla bildiyim məsləhətli qidanı paylaşmağım daha gözəl olar. Bəlkə də, çoxumuz bunu bilirik. Bu meyvələrdən hazırlanmış kompotdur... Bunun bir üstünlüyü də vardır ki, qiymət cəhətdən ucuz, sərfəlidir. Dadına da söz ola bilməz. Hazırlanma qaydası da çətin deyildir...

IMG_20220722_122908.jpg

Bu fotoda hazır kompot bankalara yığılmış vəziyyətdədir. Qabın fərqi yoxdur. Loru dildə desək, fanta,kola, aroma qabları da ola bilər. Plastik, şüşə, metal materiallı qablar. Sezonla əlaqədar olaraq bir neçə növ meyvədən də hazırlamaq olur. Bunun üçün çox yox 2-3 ləvazimat lazım olur...

  • İstifadə üçün meyvə vəya meyvələr;
  • məhsul hazırlanacaq qab;
  • şəkər tozu;
  • su;
  • məhsulun hazırlanması üçün soba...

IMG_20220722_121826.jpg

Fotolarda gördüyünüz bu kompot alçadan hazırlanıb. Rayondan bir az alça pay gəlmişdi. 😉 Havalar da çox isti keçirdi. Meyvənin zay olmaması və həm də, havalar çox isti keçdiyi üçün almadan kompot hazırlamaq qərarına gəldik. Mən də köməkçi oldum...Həm də tez başa gələndir. Əziyyəti də azdır. - - Qazan ya isti, yada soyuq su ilə müəyyən səviyyəyə qədər doldurulur və sobanın üzərinə qoyulur.

  • Qazandakı su istiləndikcə meyvə də əlavə olunur...0,5 kq ola bilər. Bu dəfə almadan hazırladığımız üçün alça çeşidlə ola bilər. Sarı, qırmızı.
  • Daha sonra istəkdən asılı olaraq 250-300qr şəkər tozu əlavə olunur. Əslində bu ağız dadına görə dəyişir. Turşməzə,meyxoş olmağını istəyənlər qeyd etdiyim şəkər tozu ilə kifayətlənmək olar. Meyvənin çəkisi artdıqca şəkər tozuna da olan tələbat dəyişir...
  • Kompotun hazır olmasını bu cür bilmək olur. Qazanda su qaynadıqca meyvələrdə ovulma baş verir. Bu proseslər tam bitdikdən sonra Qazandakı qaynar kompot soyudulur. Soyuduqdan sonra bankalara yığılıb soyuducuya yerləşdirilib tam sərinləşdirir.

IMG_20220722_121844.jpg

Bankalara hazır doldurulmuş vəziyyətdə soyuducuda soyuduqdan sonra sərin halda istifadəyə daha da yararlı olur. Yemək yeyərkən, suzuluq olanda rahatlıqla istifadə etmək olar.

IMG_20220724_224548.jpg

O qədər kopmpotdan hal-hazırda qalan budur. 😉 Dostlar bir neçə meyvəni qarışdırıb belə dadlı kompot hazırlamaq da olar. Amma əsas olaraq meyvələrin xəsiyyətini bilmək lazımdır. Hansı meyvə ilə hansı tutarlı ola bilər...Millət hələlik bu qədər.

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram ALLAH Sizdən razı olsun.AMİN İNŞƏƏALLAH 🤲

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.030
BTC 59207.00
ETH 2507.08
USDT 1.00
SBD 2.53