🌹Club5050🌹XALAOĞLULAR...🤝🏻❤️😍(100% Beneficiares for Steemit Azerbaijan)

SALAM HÖRMƏTLİ QRUP ƏHLİ...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri Axşamınız xeyirli olsun. Bugün işdə maraqlı bir vəziyyət alındı. O da bilsəz kimdən qaynaqlandı? Mənim Xalamoğlu Şuluq #orxan-m-50 -dən. Bu adam bir neçə gün idi ki, elə hey deyirdi : "Xalamoğlu vaxt edib görüşək, çay içək, söhbət edib dərdləşək...Yaxudda vaxt edib iş yeri və gələcəm. Yağlı tikə müştəri var. Yönləndirəcəm Sən tərəfə 😉" ALLAH saxlamış özü görüşmək barəsində söhbət açırdı amma vaxt edib görüşə bilmirdi. O Yetimi də qınamıram o tək iş çox. Batsın elə iş rejimləri də tutuzdurmaq olmur bu adamın istirahət günü , yada iş günü nə vaxtdır.Bu gün də Bibisinin yoldaşını götürüb məkanıma təşrif buyurmuşdu. ALLAH saxlamış mənə də xəbər etməyib. Guya sürpriz edib. Bu Qardaşın gözəl sürprizi də düşüb Mənim nahar vaxtıma. Zəng zəng dalınca.Yediyim yeməyimi də burnumdan gətirdi. 😉 Zarafat edirəm Xalaoğludur daa. Nə etmək olar. Hərdən WhatsApp statusunda "Xalaoğlu, Bibioğlu, Dayıoğlu" haqqında maraqlı videolarını görüb bir balaca şənlənirəm.😂😂

IMG_20220916_131737.jpg

Post yaz deyə-deyə Məni də xəstələndirdi. Mən də fürsətdən istifadə edib şəkil çəkməyə başladım. Xalamoğlunun sifəti nəyi var çöndü. Elə bil işini, çörəyini əlindən almışam, ya nədir. Deməli, bura gəlməzdən əvvəl post üçün planları var imiş. Mən də o planları Xalamoğlunun başına uçurtmazmıyam...😂 Danışıb aramızda sülh elan etdik. Ona lazım olan kadrları o paylaşacaq, mənə aid olanları da özüm. Adamda sifətə baxe "Gəmidə oturub, gəmiçi ilə gəmiçilik edir..." Şəkildən çox gözəl hiss olunur. Bir ALLAH bilir Əmini(Xalamoğlunun dilindən) mağazaya gətirənə kimi Xalamoğlu nə hoqqalardan çıxıb. Sağ olsun. Əziyyəti göz qabağındadır.

IMG_20220916_131759.jpg

Öz seçimləri də vardı. Yenə də araşdırmağa başladıq. Qısa götür-qoydan(haradasa saat yarım😂) sonra nəhayət qərar verildi. Əslində bir balaca bahalıdan dəm vururdular. Bilirəmki, əmi bahalı telefonun 4-5 funksiyasından o yana işlədən deyil. Ona görə də işlədilməyəcək funksiyalara görə əlavə pul ödəməyin yeri yoxdur.

IMG_20220916_134408.jpg

Əmi də "Nuh deyir, peyğəmbər demir..." Yəni, tutdurub ancaq Samsung modeli. Bu adamın seçdiyi parametrli ucuz Samsung tapmaq müşkül məsələdir. Məlumatı, anlayışı olanlar o saat başa düşdü nə demək istədiyimi... Dostlar hələlik bu qədər. Seçimimiz SAMASUNG GALAXY A53 5G oldu. Şəkildə notbukun qarşısındakı A73-dü o başqa sifarişdir.😉

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...🙏🏻

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59391.37
ETH 2525.88
USDT 1.00
SBD 2.47