❤️Club5050❤️ Meyvə kompotu...😍(100% beneficiares for Steemit Azerbaijan)

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri günortanız xeyir. Necəsiz? Nə var nə yox? Salamatçılıqdı? Ümid edirəm hər şey qaydasındadır. Dostlar yayın isiti, qızmar vaxtlarında istifadə edə biləcəyimiz dadlı və qiymətdə sərfəli olan kompot haqqında yazmaq istəyirəm. Daha doğrusu yazmağa başlamışam artıq...😂 İsti günlərdən biri idi. Hava da nəyi var isti idi. Həyətə düşməyə də heç kefim yox idi. Həyətə düşmək deyəndə, yəni maqazinə gedib nəsə almaq üçün ərincəklik edirdim.Düşündüm nə edimki, hər tərəfli olsun. Həm vaxtım səmərəli keçsin, həm də hazırlayacağım vasitə sərfəli olsun...Bu minvalla soyuducunu araşdırdım. Görüm maraqlı nə var. Məqsədim də ev şəraitində maddi və keyfiyyət cəhətdən sərfəli kompot hazırlamaq idi...

IMG_20220801_230041.jpg

Görüntü olaraq belə olacaq. Ona görə fon olaraq bu şəkli seçdim...Çox gözəl görünüşdür. Elə deyilmi. Hələ bunu dadmaq bambaşqa aləmdir..

IMG_20220801_225650.jpg

Hörmətli oxucular bu prosesin gedişhatı belədir:

  • Əvvəlcə kompot hazırlanacaq meyvəni vəya meyvələri seçilir, yuyulub təmizlənir.
  • Daha sonra istəyə və yığılacaq qaba uyğun olaraq doğranılır... Və boşqaba yığılır. Meyvənin çəkisi istəyə uyğun olaraq təyin edilir...1 kq da 10 kq da ola bilər. Bu hazırlanacaq Kompotun miqdarından asılıdır...

IMG_20220801_225653.jpg

Növbəti proses kopmot yığılacaq qablar hazır vəziyyətə gətirilir:

  • İsti su ilə sterilizə olunur.
  • İstəyə uyğun olaraq şəkər tozu əlavə olunur. Yəni ağız tanına görə adam varki, şirin xoşlayır, adam da var kəmşirin vəya turşməzə xoşlayır.

IMG_20220801_225656.jpg

İstəyə uyğun şəkər tozu əlavə olunduqdan sonra kompot qabına su əlavə olunur. Burada bir-iki nüansa fikir vermək lazımdır. Onlar da bunlardır:(mənim fikrimcə)

  1. Kopmot qabına əlavə olunan su isti olmalıdır. Qaynar da demək olar. Çünki, şəkər tozu həll olmalıdır.
  2. Suyun səviyyəsini elə təyin etmək lazımdırki, kompot üçün seçilib-doğranmış meyvələri kompot qabına əlavə etdikdə qabdakı su daşması. Yəni, ola bilərki, su qabla bərabər doldurulsun 1-2 dilim meyvə əlavə etdikdə qabdakı su daşsın(Arximed qüvvəsi😉) Buna görə də məsləhətdir ki, qab su ilə tam doldurulmasın, yarıdan biraz yuxarı olsa bəs edər. Müəyyən qədər meyvə dilimi əlavə etdikdən sonra yenidən su əlavə etmək olar.

IMG_20220801_230036.jpg

Sonda belə bir vəziyyət alınır. Məsləhətlidir. Həm təbii həm də sərfəlidir. Paraşok, kimyəvi tərkibli kompotlardan istifadə etməkdənsə bu daha məqsədə uyğundur. Bunu da qeyd edimki, bu həm də insana pozitiv psixoloji təsir vasitəsidir. İnsan zəhmətinin bəhrəsini dadanda daha da fərəhlənir, neqativ fikirləri beynindən atır. Həm də vaxtı səmərəli keçir. Dostlar hələlik bu qədər. Ümid edirəm maraqlı post oldu. ALLAHA əmanət olun. AMİN İNŞƏƏALLAH 🤲

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...🤝

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 65472.04
ETH 3323.59
USDT 1.00
SBD 2.63