❤️Club5050❤️ Həm Ziyarət, Həm Ticarət...😎(100% beneficiares for Steemit Azerbaijan)

SALAM #steemitazerbaijan əhli, Steemit Topluluğu...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Dostlar necəsiz? Nə var nə yox? Salamatçılıqdı? Yəgin ki, tam olmasa da, hər şey qaydasındadır. İNŞƏƏALLAH🤲 Xalamoğlu @orxan-m-50 -nin maraqlı postundan həvəslənib Mən də nəsə qırıldamaq eşqinə düşdüm...😂 Dostlar deməli belə. Uzun illərin keşməkeşli yollarını keçdiyim Dostumla Kasıbın olanından xırda elektronika maqazini işlədirik. Əvvəlcə başqa işdə işləyirdim. Fabrik işi idi. Vaxt keçdikcə, yaş ötdükcə səhhət də öz sözünü deyir. Əlacsız qalıb fabrikdə işləməyimə davam edirdim. Mən qida sektorunda anbardar vəzifəsində çalışırdım. Məlum məsələdir ki, əziyyət çox əziyyətin qarşılığında maaş da az. Bu artıq bizim üçün bir qanundur da deyə bilərəm. ALLAHA acıq getməsin, sərf etmirdi. Amma nə etmək olarki, bu günümə də şükürlər olsun...Bu fikirlərlə günlərimi yola verirdim. Günlərin birində dostum mənə bir iş təklif etdi. O elektronika maqazini işlədir. Yanında da digər obyekti icarəyə götürüb ora da etibar etdiyi adamlardan kimisə təyin etmək istəyirdi. Tərifləmək kimi olmasın onun hədəfinə mən düşmüşəm...Analiz apardım və nəticəyə gəldimki, fabrikdə çəkdiyim əziyyətdənsə bu daha sərf edəndir. Amma bunun da böyük bir mənfi cəhəti də var. Ticarət özü də biznesin bir qoludur. Hər dəfə karlı çıxmamaq da var. Riskli tərəfləri çoxdur. Əsas sərf edəni də odurki, öz işimin patronuyam... Beləcə dostlar dostumla əl-ələ verib iş davam etdirməyə başladıq. ALLAHA çox şükür pis yaxşı dolanmaq olur. Sağ olsunlar. Qohumlar və köhnə müştərilərin hesabına😂🙏 Çox çətin vəziyyətdir ki, bu saat böyük elektronika maqazinləri bütün dövləti cənginə alıb. Gündə bir kompaniya irəli sürürlər. Pis,yaxşı malları satılsın... Kimisə pisləmirəm. Həyatda ideal heçnə yoxdur. Necə deyərlər, Hər gözəlin bir eyibi var... Ruzini verən ALLAHdır.

IMG_20220731_214843.jpg

Keçən günlərin birində Xalamoğlu Qohumumuz Ağsaqqal Kişini vurub qoltuğuna gəlinlik, Mənə xeyir versinlər.😂 Mən də bacardığım qədər müştərini razı yola salmalıyam. Kimliyindən asılı olmayaraq. Düzdü hərdən çalışıram qohumlara möhtəşəm endirimlər edim. Nə etmək olar o da hər dəfə də alınmır. Qiymət və şərtlər üstündə. Əmr də yuxarı yerdən gəlir. Bir sözlə mənlik olsa daha da endirimli və sərfəli şərtlərlə müştərilərə təqdim edərdim. Amma apardığım araşdırmalara görə digər adlı-sanlı gigant maqazinlərlə müqayisədə bizdə qiymətlər ucuz çıxır. Bu arada reklamlar bitdi. Söhbətə davam...😂😂😂

IMG_20220731_215245.jpg

Sağ olsun Xalamoğlu evə gedən kimi açıb-töküb aləmi bir-birinə qatıb. Yaxşı mənada.😂😂 Bu da belə şeylərin xəstəsidir də...Texnoloji yeniliklərlə maraqlanmaq, göstəriciləri analiz etmək və s.

IMG_20220731_214708.jpg

Daha sonra Azercell nömrə də mübarək ediblər. Sağ olsun. Atalar demişkən, Xoş xəbərlər eşidəsən...Maraqlı bir vəziyyət alındı. Atalar məsəli, sözü, demişkən bunların dərin araşdırsaq lap köhnə dövrlərə gedib çıxır. Yəni, ta qədimdən bu fikirlər dildən-dilə, nəsildən-nəsilə ötürülərək gəlib çıxıb. Amma telefon da demək olar ki, 1-2 əsr varki, çıxıb. İndi sual meydana çıxır. Atalar haradan biliblər ki, gələcəkdə belə bir texnologiya olacaq və ona görə də belə fikirlər irəli sürüblər... "Xoş xəbərlər eşidən" ; "Şad xəbərlər çatdırasan" və s.... Xalamağlunun hesabına post yazdım...😂

IMG_20220729_111909.jpg

Qonaq və müştəriləri yola saldıqdan sonra şirin və gözəl biri qonağım oldu...😂 Dostlar hələlik bu qədər. Məncə 300 sözü keçmişəm. Bugünlük bəs edər...ALLAHA əmanət olun...AMİN🤲

  • Dəyərli vaxtınızı sərf edib oxuduğunuz üçün minnətdaram. ALLAH Sizdən razı olsun. AMİN İNŞƏƏALLAH 🤲

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 58754.61
ETH 2507.93
USDT 1.00
SBD 2.47