Uşaqlıq:(

in Steemit Azerbaijan☪✔3 years ago

WhatsApp Image 2021-12-13 at 01.03.28.jpeg

Hərkəsə salam. Necəsiniz? Hər insan, məncə, böyüdükcə kaş uşaq qalardım deyir. Uşaqlıqda hər şey asan idi. Beynimiz ağ vərəq , təmiz , saf ,bütün insanları yaxşı bildiyimiz vaxtlar idi. Hər kəs bizi çox sevər və gülməyimiz üçün nələrsə edərdilər. Böyüdükcə hər şey dəyişir. Artıq insanlar dünyasına qatılırsan və istəmədiyin halda belə görürsən ki , artıq bu həddəsən. Artıq gülməyin üçün yox , ağlamağın üçün insanlar nəsə edir.
Uşaq olmaq o qədər gözəl idiki..
Şəxsən mənim çox gözəl uşaqlığım keçib , telefonsuz , həyət oyunları ilə , maraqlı cizgi filmləri ilə və.s. Amma indiki uşaqları ancaq telefon , telefon oyunları , daha bahalı , maraqsız oyuncaqlar cəlb edir. Yadıma gəlir ki, həyətdən taxta götürüb ip bağlayıb boynumuzdan asıb silah kimi istifadə edirdik. Taxtadan telefon düzəldib ofis oyunları oynayardıq. Qız olmağıma baxmayaraq çox yaxşı futbol oynuyurdum. Məktəb vaxtları da telefonum olmuyub deyə maraqlı həyat yaşamışam . Kaş ki, bu qədər texnologiyalar olmasaydı deyirəm arada..
İnsanlar , səmimiyyət üçün çox darıxmışam.
Balaca olanda nənəmin yaylıqlarını götürüb başıma örtərdim , üstünə də papaq qoyub deyərdim ki , mən ərəbistandan gəlmişəm:))

WhatsApp Image 2021-12-13 at 01.07.00.jpeg

Şəkillərə baxanda pis oluram , kaş ki uşaq olduğum vaxtda qalsaydım. Həmişə düşünmüşəm ki, əvvəl yaşayan insanların həyatı çətin olsa da maraqlı keçib .
Bizim əvvəl oyunumuz var idi , o qədər sevirdim ki o oyunu. Bütün uşaqlar həmişə bizə gəlirdilər , yığışırdıq. Bibim heykəltaraş deyirdi,sakit qalırdıq ,sonra maqnitafona disk qoşurdu , hərəmiz sıra ilə rəqəm deyirdik , sonra həmin mahnını durub oynuyurduq. Həmişə də oyunun qalibi mən olurdum , gülmürdüm , sakit qalırdım ki, axırda udum hədiyyə versinlər mənə. Ehh, gözəl günlər idi. Postumu oxuyan kəslər də uşaqlıqda nə maraqlı hadisə yaşayıb yazsın , maraqlıdır :)
Hələlikkk) Oxuyanlara sonsuz təşəkkürlər.

Sort:  

Hər anımız özəldi əsas odur ki yaşamısınız sizindi o xatirələr🌺

Uşaqlıq illəri hərkəsin saf, təmiz və günahsız olduğu illərdi.Bir zamanlar tez böyümək üçün can atırdıq.İndisə kaş elə uşaq qalsaydıq deyirik)

 3 years ago 

Indiki uşaqlar nə uşaqlıq yaşayıb ki .ancaq telefon bizim uşaqlığımız xəzinə olub taxtadan düzəldilmiş tapança nə bilim palçıqdan dolma heyif o illərdən

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45