Tələbənin düşüncəsi..

in Steemit Azerbaijan☪✔3 years ago

WhatsApp Image 2021-10-30 at 03.33.53.jpeg

Salam steemit xalqı.Necəsiniz? Mən çox da yaxşı deyiləm:(
Artıq 2 həftə olacaq post ata bilmirəm.Neçə vaxtdır xəstəyəm və hamıya sağlamlıq arzu edirəm.Bir tərəfdəndə kollekviumlar başlayıb, oxuyub çatdırmaq çətindir.Hər kəs elə bilir ki, məktəb bitdi rahatçılıq olacaq , amma əksinə birazda çətinlik olur. Hələki dəqiq elm sahəsində daha da insan əziyyət çəkir. Mən komputer elmləri oxuyuram və bizim dərslərimizin əksəriyyəti proqramlaşdırmadı. Bu sahədə mənə maraqlı gələn şəbəkələr və Front Enddir. Komputer şəbəkələri dərsi çox maraqlı və nisbətən rahatdır. Amma mən Front End öyrənmək istədiyim üçün HTML-dan başlamışam.

WhatsApp Image 2021-10-20 at 14.34.39.jpeg

Gələcəkdə bu sahə o qədər lazım olacaq ki..
Amma mən özümü bu sahədə görmədiyim üçün çətinlik çəkirəm. Proqram yazarkən nöqtə-vergülə görə belə bal alırıq. İmtahanlara da 2 aydan az vaxt qalıb. İmtahana görə isə Phyton proqramlaşdırma dilini öyrənirəm.

WhatsApp Image 2021-10-30 at 03.20.51.jpeg

Universitet əslində çox gözəl, rahat, məcbur olmayan bir təhsil olmalıdır.Təəssüf ki, bizim ölkədə təhsil və insanlar buna imkan vermir.Xarici dövlətlər nəyə görə inkişaf edir? Nəyə görə qurğuları, işlətdiyimiz mobil telefonları və.s başqaları yaradır? Çünki orada tələbələrə məcburiyyət yoxdur. Universitetə hər kəs öz istəyi ilə gedir və istədiyi peşəni rahatlıqla seçə bilir. Bizdə isə universitetə qonşuların, qohumların, tanışların dilindən qurtulmaq üçün girilir və uşaq öz istəyini valideyninə deyə bilmir və kor-koranə istəmədiyi sahəni oxuyur təki desinlər ki, universitet bitirib.Nəyə görə 600 , 700 bal yığanlar işsizdi?
Çünki hər şey bal üçündür.Bilik üçün yox. Seçimi artıq 9-cu sinifdən etmək lazım gəlir və valideyn uşağın istəyini nəzərə almır yaxud gülür.Düşünür ki, hələ balacadır, nə bilir ki , həyat nədir , qoy bu sahəni oxusun gələcəkdə pul gəlsin.Bəli pul önəmlidi , lakin insan niyə həyatını kağız parçasına görə istəmədiyi kimi , sıxıcı yaşasın axı. Məsələn, mən özüm seçmişəm bu sahəni. 9-da imtahanı verəndən sonra seçim etmək vaxtı gəlmişdi. Normalda ədəbiyyat sevən birisi bu sahəni seçməzdi. Evdə atam həkim olmağımı, anam isə qadın üçün müəllimlik yaxşıdır deyirdi. Mən düşündüm.Gələcəkdə hansı peşə maraqlı və daha əlverişli ola bilər?Komputer düşündüm.Çünki mən hər hansısa başqa ölkəyə getsəm belə işim olacaqdı, amma ədəbiyyat müəllimi olsam hər yerdə işim olmayacaqdı, və yaxud getdikcə hər şey komputerlə həyata keçirilir, insana ehtiyac qalmadıqca komputeri idarə edəcək insana ehtiyac yaranacaq , ona görə mən bu sahəyə gəlməklə düzgün etdiyimi , lakin tam istədiyim bir sənət olmadığını bilirəm.Və bizim təhsilimizin ən böyük problemi cavan kadrları dəyərləndirməməkdir. Uşaqlara , tələbələrə yol göstərəcək cavan müəllimlər çox azdı. Ümumiyyətlə Azərbaycanın bütün sahələrində yaşlı nəsil qabaqdadır.Amma gənc nəsil işsiz vəziyyətdədir.Buna görə də bizim inkişafımız bu qədər zəifdir. Mən Almaniyaya getməyi planlaşdırıram. Ora haqqında , universitetləri haqda çoxlu məlumat toplamışam. Orada tələbələr oxuya-oxuya belə onlar özləri tələbələri işə cəlb edirlər, cavan kadrlar axtarırlar , orada insanlar daha tez təqaüdə çıxır və ona görə də inkişaf etmiş ölkə kimi çox tanınır.Əgər tələbələr hamısı öz istədiyi sahəyə versə və bal üçün yox, öz biliyini artırmaq üçün çalışsa daha gözəl nəticə əldə etmək olar. Ölkənin varlığı təhsildən asılıdır və inanıram ki, sonraki illərdə inkişafımız , təhsilimiz yüksələr.Oxuyanlara indidən təşəkkürlər:)Tənqid xarakterli yazdığıma görə qınamayın, bir tələbə kimi, bir fərd kimi öz düşüncələrim bunlardır.Hələlikk:))

Sort:  

Hava dəyişkəndi. Özünüzü qoruyun.

 3 years ago 

Bəli ,əsas sağlamlıqdır:(

 3 years ago 

Özünü qoru! Hələ ki bizdə istedad üzrə tələbə olmaq müşküldür, məcburiyyətdən bir ixtisas yazmışıq, təki desinlər filankəsin uşağı tələbə oldu🙂

 3 years ago 

Çox doğrudur. Çalışdığım qədər qoruyacam inşallah. Təşəkkürlər.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45