Portağal)
Salamlar olsun steemit xalqına. Necəsiniz gözəl insanlar? Bu ay bir çox insanın boş vaxtı olmur, amma boş vaxtınız olanda oxumaq istəyəcəyiniz 2 kitab haqda yazmaq istədim. Portağal sevirsiniz?)
Bu kitabı bəlkə də çoxunuz oxumusunuz , oxumamısınızsa oxuyun. O qədər gözəl kitabdır ki..
Mən bu kitabı cəmi 3 saata bitirdim. Kövrəldiyim yerlər də oldu, güldüyüm yerlərdə. Zeze və Portuqanın dialoqları , hissləri çox təsirli idi.
Kitabın görünüşü , əlfəcini belə insanda gözəl hisslər yaradır.
Sevgi ən gözəl hədiyyədir. Heç bir insan sevgisiz yaşaya bilməz.Sevgisiz insan qəlbi döyünə bilməz.
Mən kitablarımı kiməsə oxumağa verməyi sevmirəm.Çünki kitaba nəsə olmasını sevmirəm.Amma bir tanışıma bu kitabı oxumağa verdim. Bilirdim ki, kitabımı verdiyim kimi alacam. O oxuyandan sora bizə gələndə mənə, hətta ,başqa kitab da alıb hədiyyə olaraq gətirmişdi.
Bu da portağal idi. Çox xoşuma gəlmişdi. İndi isə onu oxumağa başlayacam. "Dəhşətli" , " valehedici " kəlmələri ilə ifadə olunan "MEXANİKİ PORTAĞAL"kitabı mənə də maraqlı gəlməyə başladı. Sizə də məsləhət görərdim ki , boş olanda oxuyun.
Hələlik əziz steemit insanları. Oxuyanlara indidən təşəkkürlər)
Maraqlı kitablar üçün təşəkkürlər. Mütləq oxuyacam deyib qeyd elədim. 👍
Hədiyyə kitabların da necə maraqlı olduğunu tam əminliklə deyə bilərəm. 🙂
Nə gözəl , sevindim. Oxuyun , peşman olmarsız. Hədiyyə kitablarının da öz yeri var))
Çox sağolun,kitabın görünüşü belə "məni oxu"deyir🌸Oxuyacağım kitablar siyahısına əlavə etdim🌸
İnşallah ki oxuyarsız, çox maraqlıdır:))
Portağal mandalin mənim ən sevdiyim meyvedi
Mənimdə 🤭