Je suis revenu:))

in Steemit Azerbaijan☪✔3 years ago

WhatsApp Image 2021-12-04 at 01.52.32.jpeg
Salam Əziz Steemit xalqı.Necəsiniz? Mən axır ki, yaxşıyam. Bir müddət idi ki, yox idim. Amma nəhayət ki qayıtdım.Bu aralıqda yaşadıqlarımı sizinlə bölüşmək maraqlı olacaq. Bir neçə həftə xəstə oldum, uzaqlaşdım,sonra bildiyiniz kimi universitetdə sərbəst işlər , dərslər , kollekviumlar hər ay olur və bunları çatdırmağa çalışırdım.Və imtahana sayılı günlər qalıb. Həqiqətən çətindir. Dərslərlə bərabər müəllimlər də çətindir. Mənə yaxşı gələn bircə şey var idi. O da servis. Çox mehriban insanlarla qarşılaşdım və ünsiyyətimiz çox tez baş verdi. Hətta elə günlər olur ki, dərsim tez bitir amma saatlarla oturub servislə getməyi gözlüyürəm. Oradakı bir çox tələbə artıq sonuncu kursdur. Ətrafları genişdir və məndə çoxlu insanlarla bir yerdə olmağı çox sevirəm. Hətta servis olaraq xeyriyyə qrupuna qoşulmuşuq. Hər ay qazilərin evlərinə gedib yadım edirik. Amma onlara yardımdan çox ünsiyyət , səmimiyyət lazımdır.
WhatsApp Image 2021-12-04 at 01.25.45.jpeg
Qazimiz Cahangir Əliyev. Biz gedəndə onun yanına təkərli dəmirlə də olsa gəzə bilirdi , amma danışa bilmirdi demək olar. Sumqayıtda qalırlar. Məndə sumqayıtda qalıram və tanıyırdım Cahangiri. Anası bizə onun çəkdiyi rəsm əsərlərini göstərdi , həqiqətən də çox istedlı idi. Vokal səsi var idi hətta..
Qaziləri görəndə insan çox pis olur. Biz rahat , hər şeyimiz yerində , heçnə vecimizə deyil.Amma onlar özlərini düşünmədən , vətəni , xalqı düşünərək vuruşdular.
Sözümü burda bitirmək istəyirəm. Postu oxuyan insalara minnətdarlığımı bildirirəm. Digər postlarda görüşmək ümidi ilə.
Hələlikkk!

Sort:  
 3 years ago 

Xoş geldin yeniden. Allah bütün xəstələrə şəfa versin Cahangirlə birgə Amin

 3 years ago 

Çoxsağolun😊Amin inşallah

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45