Həyatdan düşüncələr..

in Steemit Azerbaijan☪✔3 years ago

WhatsApp Image 2021-10-15 at 15.46.55.jpeg

Steemit xalqına çoxlu salamlarrr.Bu dəfə yaşadığımız həyat haqda yazmaq istəyirəm. Mənim 18 yaşım var. Təcrübəm yetəri qədər deyil, amma məncə həyat və həyatda necə yaşamalı haqda fikirlərim maraqlıdı.Bildiyimiz kimi bu dünya bir sınaqdır. Hər kəs ömrü qədər imtahanda olur və imtahan bitəndə çıxıb gedir. Bəs bu imtahan ərzində biz nə edirik?
Mənə elə gəlir ki, bir çox insanlar bu dünyanı dəyərləndirmir. Yaşamaq deyəndə insanın ağlına hava , yemək , su və pul gəlir. Niyə getdikcə insanlar bu vəziyyətə düşürlər?

WhatsApp Image 2021-10-15 at 14.49.35.jpeg

Bəli, getdikcə elm , inkişaf çoxalır , amma mənəviyyat çox kiçilir. Mən tələbəyəm və bir çox tələbənin fikirlərini öyrəndikcə heyrətə gəlirəm. Çox dayaz düşünürlər. Elə bilirlər ki , diplom alıb biznes qurub pul qazanıb ömürlərinin axırına kimi xoşbəxt olacaqlar. Bu çox səhv düşüncədi. İnsan hər şeyə hazır olmalıdır.Təbii ki, uzaqgörən tələbələr də var. Oxumaq vacibdi. Amma bir müddətlik yox. Diplom almaq üçün yox. Öz daxilini bilikləndirmək üçün , inkişaf üçün insan ölənə qədər axtarışda olmalıdır.İnsanın beyin fəaliyyəti dayansa , yalnız eyni işi təkrarlasa və bununla qane olsa həyat çox sıxıcı olacaq. Niyə insanların çoxu həyatdan bezir? Çünki məqsədləri sadəcə puldur. Və bizim ən böyük problemimiz:insanlar buna nə deyər? Bu düşüncə kimdə varsa həyatdan bezəcək. Bizim cəmiyyətdəki insanların biraz yaşı ötdükdə nəysə öyrənməyə , kursa getməyə, kimdənsə söz soruşmağa utanır. Baxın ən böyük bədbəxtçiliyimiz budur. Gərək insan məcburiyyətdən yox, istəyərək nəsə etsin , ondan zövq alsın , başqa nələrsə öyrənsin. Çalışdıqca onsuz pul gələcək. Əsas odu bu həyatı istədiyin kimi yaşayasan , başqalarının fikirlərinə görə yox.

WhatsApp Image 2021-10-15 at 16.14.11.jpeg
Bu kitabları oxumağı tövsiyə edirəm, çox gözəl , məlumatlandırıcı kitablardı.
Müasirlikdən danışanda 99% insanın ağlına ədəbsiz geyimlər , mədəniyyətsiz hərəkətlər gəlir. Niyə bu vəziyyətdəyik axı? Müasirlik bu deyil. Müasirlik insanın öz daxilini zənginləşdirmək, yeni-yeni biliklər öyrənməkdir. Beləcə həyatdan gedəndə əmin olursan ki, nəyəsə nail olmusan. Və ən əsası nəyisə bilmək yetərli deyil, nəyisə mükəmməl bilmək yetərlidir. Bu həyatda yarımçıq bilikli insanlara yer yoxdur. İşini mükəmməl bilən insanın qabağındakı qapılar həmişə açıq olur.
Düşüncələrim tənqid xarakterli oldu biraz. Amma nə düşünürəmsə sizinlə paylaşmaq istədim. Diqqətə alıb oxuyanlara sonsuz təşəkkürlər:)
Hələlikkk)

Sort:  
 3 years ago 

@rnhsynl, Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Steemit Student_1.png

 3 years ago 

Kitablardan ən çox diqqətimi çəkən "zamanı necə yeyək"😅😅

 3 years ago 

Çox maraqlı kitabdır , həyatımızı daha yaxşı planlamağa kömək edir 🤭🤗

 3 years ago 

Aleykum SALAM. Qısaca olaraq Super. Yenə Sarı simə toxunmusuz. Başlasam rəyim post şəklinə düşəcək. Təkrarçılıq və kobud kimi olmasın ümumilikdə götürəndə insan naşükür varlıqdır. Heç vaxt nə istədiyini və ən əsas nəyə ehtiyacı olduğunu bilmir. Ona görə də çox zaman dəyərsiz olan bir şeyə dəyər verir vəya tam əksi dəyərlini dəyərsizləşdirir. O ki, qaldı müasirlik söhbətinə yenə də sizinlə razı. Avropalaşmaq, inkişaf etmək, dünyaya inteqrasiya etmək abrını itməsi, həyasızlıq etmək deyil axı. Avropada alimlər yetişib niyə o yaxşı şeyləri götürmürük? Avropa vəya digər inkişaf etmiş ölkələr iqtisadi, humanist islahatları ilə dünyaya özlərini tanıtdırırlar. Burada qeyri - etik nəsə var? Nə vaxta qədər kurslarda və digər bəzi tədris mərkəzlərindən əcnəbilərin materiallarından istifadə edəcəyik? Bir millətin, ölkənin təhsilində, tədrisində ciddi ağsaqlıqlar varsa o millətdən gələcək gözləmək olmaz....Hələlik bu qədər😔 Üzürlü sayın özümü saxlaya bilmədim. Bu hələ fikirlərimin milyonda biridir.

 3 years ago 

Xoşdu, fikirlərinizi bölüşmək çox yaxşıdır. Bəli tamamilə sizinlə razıyam. Bu xalq nə vaxt bunları anlayıb inkişafa doğru böyük addımlar atacaq çox maraqlıdır . Oxuyub fikir bildirdiyiniz üçün təşəkkürlər😊

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45