The Diary Game -Better Life Season 3 - 22.08.2021. Qanlı bazar günü. Maa dəniz verin.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Səhər saat 5-də oyanmaq və qərarlıyam. Arıqlayacam. Həm də tez oyanmaqla yatmışlardan azı 3 saat daha çox həyatın dadını çıxarmış oluram. Nənəm deyirdi ki, az yatın, a bala, onsuz o dünyada bütün günü yatacaqsınız. Əgər varsa o dünya. Arvad konkret məni dinsiz, imansız böyüdürdü. Bu da sonu. Cahil olduk, kafir olduq. Bu işıqlı dünyada daha çox yaşamağa səy göstərən adamam. Cənnət qəbizləri satanlara da "hörmətimiz" var, eyvallah.
Dedim axı, artıq çəkidən əziyyət çəkirəm. Nə yaşım var ki, 83 kq çoxdur. Sümüyüm də ağır deyil ki, bəhanəm olsun. Artıq özümə söz vermişəm ki, səhərlər qaçış edərək kilo atacam. Və ilk gün. Qanlı bazar səhəri və mən alatoranlıqda dəniz kənarına sarı qaçmağa başladım...

20210822_053624.jpg

Belə bir park ilə qaçmayasan nə edəsən? Hamı bilir də parkın adı nədir? Təkrara ehtiyac yoxdur anladığım qədər. Ölkədə bir dənə park var, qutardı. Nöqtə. Palma ağacı olan hər yer gözəldi, bu Sumqayıt olsa da.

20210822_054519.jpg

İlk gün olduğu üçün hərdən dayanıb nəfəs alırdım. Sizlər yatanda artıq mən Xəzərin sahilində idim. Günəşin çıxmağına az qalmışdı. Anı yaşamaq üçün bir iki foto çəkdim. Balıqçıların da səhərin gözü açılmadan balığa gəlməsi də bir aləmdi.

20210822_060009.jpg

Və balıq tutanlar. Balıq tutmaq insanın əsəblərini sakitləşdirir deyirlər, test etməmişəm. Çox sakit adamam😉

20210822_060040.jpg

Günəşin dənizin içərisindən yavaş-yavaş boylanmasını izləmək qədər zövq aldığım ikinci bir zad yoxdur. Fonda da Eyyub oxuya, "Maa dəniz verin"

20210822_060554.jpg

Evdən bura qədər qaçmışam, azı 2 kilometr. Suyun içində idim. Hərdən özümə deyirdim ki, mənə lazımdır bu? Öl öldüyün yerdə, zıbar yat da. Arıqlayacaqmış. Allah öldürsün məni, steemit insana hər şeyi öyrədir. Arıqlamağı da, qaçmağı da, fotolar çəkib post yazmağı da.

20210822_060646.jpg

Yazı bir az uzun olacaq, əgər məhsulunuzun daha tez satılmağını istəyirsinizsə, sizin burada reklamınız ola bilərdi. Olmayıb. Steem atarsız, həll edərik.

20210822_055029.jpg

Dəniz kənarı insanı o qədər sakitləşdirir ki, yazı ilə ifadə etmək çox çətindir, səs atıram, imkan olsa dinləyərsiz. Günə bu cür başlaq insana çox gümrah edir, həvəsli edir. Düşünürəm ki, zamanla Steemit Azerbaijanın sıraları genişlənər, səhər gəzintiləri təşkil edərik. Yazım buralara yaddan çıxmasın.

20210822_061753.jpg

Bu dayı keçən qışdan yaddan çıxıb qalıb, əlimi qoydum çiyninə bir sağlıq dedim, sən güclüsən ya mən? Dili olsa mən deyərdi.

20210822_060652.jpg

Maraqlı heykəllər yaradıblar, insan taleləri qədər maraqlıdır heykəllər, hərdən düşünürsən ki, canlı olan onlardı. Daşlaşmış insanlar, daş yuxular.

20210822_062325.jpg

Xeyli kalori yandırdım və adminin kasıb səhər yeməyi. Çörəyi də azaltmışam. Çörəksiz də qala bilmirəm.

20210822_074856.jpg

Sizin gününüz indi başlayıb yəqin, mən günü bitirirəm. Sizlərdən 3 saat da artıq yaşamış oldum bu işıqlı dünyada. Qalın sağlıqla, mənə rəylərdə arıqlama resepti atana 1 steem hədiyyə, arıqlayandan sonra verəcəm. (O arıqlamadı.)

@revan746 ilk cəhd.

Sort:  

Nice photo

 3 years ago 

You profil photo lap nice. Thanks))

Adam arıqlamaq istəyir və kasıb dediyi süfrədə 6 yumurta var🤭

 3 years ago 

3 yumurta bölünüb.

Gördük daa. Mənim məntiq sualına cavabımın 1 steemi necə oldu? Tutub 215 SP ni əlimdən almısız. Pılımı verin!

Əzmli olmaq lazım))

 3 years ago 

Qaqa sükanı belə saxlasab elə yerindəcə sayacaqsan.ALLAH saxlamış bir helə əziyyətin üstünnən yumurta,ağ çörək? Qardaşım bu sənət deyil..Özün özünlə məzələnirsən. Kobud çıxsa da deməli idim.O heykəlləri, varhaaa elə susmaqlarıyla çox şey deyirlər, sadəcə "Arifə bir işarə" ))

 3 years ago 

Yemədən dayana bilmirəm, nə edim? o qədər kalori yandırdım, gəlib basıb yedim.

 3 years ago 

Bugün səhər 4 də duran mən :)

 3 years ago 

bəs nə etdin?

 3 years ago 

Getdim aptekə diş ağrısı dərmanı aldım gəldim

 3 years ago 

Adamın bidene bazar günü varda,bütün heftenin hayıfını çıxmağa əlləşir:))

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 66703.61
ETH 3518.80
USDT 1.00
SBD 2.68