The Diary Game -Better Life Season 3 - 20.09.2021. Torpağa bağlılıq. Təzə köynəyim

in Steemit Azerbaijan☪✔3 years ago

Bir yaş dövrü var, deyirlər, səni torpaq çəkəcək, doğulduğun yer, muğam, zırt pırt. Təzə köynək almışam. Rəbitəsiz yazı yazmağı sevirəm. Sonda əvvəli birləşdirə bilsəm məndən nəsə olacaq.

20210920_080121.jpg

İnsanları tanıdıqca heyvanlara hörmətim artır dəsti-xəttindəyəm.
Füzuli, eşqi var olandan sor deyirdi ədəbiyyat müəllimimiz.
"Mən öləndə məni aparıb kəndimizin qəbiristanlığında basdırarsız" vəsiyyəti edəcək hala salmasın məni Qurbanolduğum. O vəsiyyəti edən adamalara nəsə bir təhər baxıram. Sən get həyatını orda-burda keçir, özünə güzəran qur və öləndə "məni torpaq çəkir" deyib get gir kənd qəbiristanlığına.
Son zamanlar hiss edirəm ki, hər şeyə bağlılığımı itirirəm. Mənasız gəlir. 3 gündür kəndimizdəki Mirzalı dayı yuxuma girir. Kənd sahə həkimi idi. Uşaqlığımda qızdırmam yüksələn kimi gəlib, sovetin qalın iynəsini yanıma itələyib gedirdi. Mən də ona "əkil bəkil quş idi, ağaca qonmuş idi" şeirini danışırdım. Kəndə, torpağa bağlılıq mövzusu gələndə Mirzalı dayının iynəsi xəyalən gəlib girir gözümə. (z-ilə, t).

Nə vaxtsa qayıdacam bəlkə də kəndə, doğulduğum torpağa. Düşüncələrimi yazmağa qərar versəm gedərəm kəndə. Şəhərdə yazmaq çox çətindir. Gördüklərini yazsan səni asarlar. Kənddə gördüyün dağ, dərə olacaq, yaz da güldən-çiçəkdən.
Bəlkə hər şeylər düzələr, tək oluram gecələr, yenə boşdur, küçələr. Bu tipdə yaradıcılıq.

20210909_083751(0).jpg

İlyas Tapdığa qışda yandırmağa bir ağac veriblərmiş meşədən yazıq kişinin ürəyi gəlmiyib kəsib yandırmağa, həmin qışı pinevmaniya olmuşdu. Ədəbiyyat adamları belə olurmuş. Mənim soyuğa dözümüm yoxdur. Qaz da gəlmir bizim kəndə.
Əkrəm Əylislinin kitabların yandıranda ədəbiyyatı öldürmüşdük Azərbaycanda. Zibil yığını. Oxucu kütləsi. Kütlə psixologiyası..

20210906_071950.jpg

Siz siz olun övladlarınıza kitabı sevdirin, kitab oxumağı sevdirin. Təsbeh zad almıyın.

@revan746

CC @steemcurator01

Sort:  

Mirzalı dayının nurani sifəti gəlib durdu gözümün qabağında. Torpağı sanı yaşa.

 3 years ago 

Süzün kəndə də o gəlirdi?

 3 years ago 

Şair Sənin dərdin böyükdü. Kəntə qeytmağun bir fayda vermiycey. Sənli, belə deyildin. Elə bil zonda olmamısan. İnsanı həyatın, şəhərin sıxmağı heçnədi, zondakı sıxılmadan

 3 years ago 

Neçə il varın idi?

 3 years ago 

Məndə kalendarnıdı. Hələki, ПРОДОЛЖАЕТЬ)

 3 years ago 

Arxadakı qaqaşın yatdığını göstərmək üçün çəkdirmisən fotonu yoxsa özünü çəkirdin? :)

 3 years ago 

İkimiz bir arada))

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62629.89
ETH 2572.37
USDT 1.00
SBD 2.74