The Diary Game Better Life || Club5050|| Night life. Gecə qara, cücə qara

in Steemit Azerbaijan☪✔2 years ago

Bekar olan kimi girib facebookda və Youtube-də eşələnən adamam. Mənim üçün Azərbaycan qaqa tipində və gələcəyi "nə olar, olar" deyib özünü açıb buraxan, ancaq meyxanaya qulaq asan məxluqatdan o tərəfə keçmir. "Hər şey sosial şəbəkə üçün" devizi ilə yola çıxıblar elə bil. Tik-toku bir aləm, instagramı bir aləm. Vaxt gələcək Steemiti də bu günə qoyacaqlar, hələ azərbaycanlıların Steemitdən xəbəri yoxdur. Biz özümüz üçün burda cızma-qara edirik.

O gün bir qardaşın şəklini paylaşıblar ki, cavan getdi, belə oğlan idi, elə oğlan idi. Hamı nəsə yazır, o ağlayan smayliki də atırlar. Dərdin dərdimdir zad. Sonra ora babat şərh yazan birinə yazdım ki, bəs o qaqaş kimdi? Dedi tanımıram, hamı yazırdı məndə yazdım. Hə, baxın budur mənim qara kurtkalı tiplərim. Huya-küyə gedib söyüş söyənlər, yıxılanı baltalayanlar. "Nəsə gündəm olsaydı gedib şərhdə kimisə söyərdik" deyə düşünən tiplərlə doludur sosial şəbəkələr. Çox qorxulu və yönünü sapdıraraq hər zaman hardasa mənfi hadisələrə səbəb olacaq cahil bir kütlə var.

Məni daha səs-küylü ortamlar çəkmir.(qocalırıqmı nə oldu bizə?) İndi nələrsə yazıb fikrimizi anladacaq bir kürsü lazımdır bizə. Bu niyə Steemit olmasın?

Aylı gecə, sərin külək, göy çəmən
Bir Steemit, sevən ürək, bir də mən.

b93080a0-c709-4028-ab34-b3ad2391b526.jfif

Steemit elə bir yerdir ki, bəlkə də mənə inanmırsız, vaxt gələcək hər kəs burada olacaq, Steemitdən də yaxşı platformalar üzə çıxa bilər, mütləq də çıxacaq. Bizlər burada öz yerimizi almalıyıq. Zaman ilə ayaqlaşmaq lazımdır.

Marşurtlarda keçən ömür ilə zamanla necə ayaqlaşaq?

43cc36f5-9235-453e-b94b-3b936bf1ca21.jfif

Köhnə və hamının bildiyi lətifədir. Molla Nəsrəddin gölə maya salır e "ya tutarsa"? Lətifəni yazsam yazacaqsın hamı bilir, köhnə temadır, yazmasam da deyəcəksiz, oxu atıb yayı gizlətmisən. Adam qalır haça-paça.

Gecə qara, cücə qara məsəli necə yaranıb bilmirəm amma bizim gecə düşüb şəhərin canına foto çəkməyimiz də var.

""Hər yan manyak doludur, hadi tutalım zad.""

2ee59586-2c49-4f38-af68-6696ca6cf025.jfif

Sonunu bir az qəmli bitirək... Həyatda tək özünüz, inanın özünüz. Siz olmasaz dünya yoxdur, inanın yoxdur. Özünüzün qədrini bilin.
Kimdənsə mədət ummayın, nə sadiqlik, nə dostluq. Hamısı bir yerə qədərdir. Bir yerdən sonra hər şey olmamış kimi, yaşanmamış kimi yox olub gedir.

Özünüzü hər şeyə hazırlayın, səhər işə gedəndə düşünün ki, bu gün son günüm ola bilər, istefa verə bilərsiz. Yaşamaq eşqi gətirən işlərlə məşğul olun. Mütləq.

c10f1b6a-a16a-44a4-b708-a64b31d6c8ba.jfif

Biri gəlib Bəxtiyarın Şam şeirini yazacaq şərhə, " şam yanmasa yaşamır zad"
Ə duuuur....*

Steem alın, bizimlə qalın

@steemcurator01

Sort:  
 2 years ago 

Müəllim deyəsən cavan da olsan köhnə ovçusan.

 2 years ago 

Saç ağardırıq yavaş-yavaş.

 2 years ago 

Səs eləmə, yenə qatdım qarışdırdım)))

 2 years ago 

bir gün onsuz zibili çıxacaq))

 2 years ago 

😂😂

 2 years ago 

....Hələ o şütüyən maşınlara bax,
Baxıb için-için bir az yan hələ.
Sənə də bir maşın yetirər Allah,
Bir az səbrini bas, cavansan hələ.
Hələ ki bu metro düşüb baxtına,
Axına qarışıb sən də axarsan.
Girib “Baksovet”də yerin altına,
Montində xortdayıb yerdən çıxarsan.
Belə yaşayarsan ömrünü hər gün,
Axı kim deyir ki, sən pis gündəsən?..
Qarışqa ömrüdü hələ ki ömrün,
Yerin gah altında, gah üstündəsən.
Darıxma, qarışqam, az qalıb yaza,
səni sevindirər bu gələn bahar.
Atlı qarışqasan, bəlkə... haçansa
hələ qanadlanıb uçmağın da var.
Mən də qarışqayam, qadası, mən də,
Bunu yazdım sənə mən öz adımdan.
Yəqin bu yerlərdən uçub gedəndə
Mənə əl eləmək çıxmaz yadından...

Yəgin mənə "ə duuurr..." deməzsən😉))

 2 years ago 

🙄🙄🙄🙄

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61240.20
ETH 3247.86
USDT 1.00
SBD 2.45