The Diary Game - 12.10.2021. Bu şəhərdə kimsə yoxdur. İqtibas. İntihar silsiləsi.

in Steemit Azerbaijan☪✔3 years ago

Təzə play listim var. Dünya vecimə də deyil.

Nihat bərdəli prodakşn təqdim edir.

Dünən gecə yarə namə yazdım, görən necədi məndən uzaqlarda..
Bir dəfə heç halımı soruşmazmı, qalmışam əllərdə ayaqlarda.

Dünəni bu gün anlatmaq varmış kaderimizdə. Bizim dildə "qədərimiz" olmalı, o da pis səslənir. Fikrimizi türkcə ifadə edəndə fikrin bədii-estetik gücü artmış olur. Ətiniz tökülsün, aşkitolar!!!

Azərbaycanda sevgililərin 99%-i telefona qarşı tərəfin adını " Aşkım" qeyd edib. Bizim dildə "Sevgim" olur? Siz bilərsiz, oxumuş adamlarsız.

"Eksklüziv olaraq saray nöqtə az saytı üçün".( bu yersiz haşiyələr fonda olan musiqidəndir)

Əəəə, niyə ölmürsüz?
Ədəbiyyatda iqtibas deyilən bir termin var, bu gün bir az iqtibas edəcəyəm. İntihar silsiləsindən.

Salam, qatar, darıxıram, bu təklik
Yenə məni üzüyumşaq tanıdı.
Yenə Mamed, yenə soyuq, yenə mən
Yenə yerim pəncərənin yanıdı

Qatarda yol yoldaşı ola, o da yıxıla yata. Vallahi böyük dərddir. 45 dəqiqəlik yolda çənə tərpətməyə bir allahın qulunu tapmayasan.

Uzaq-uzaq səhralarda
Karvan ola, yol olaydı
Mən ya karvan gözləyəydim
Ya karvanda qul olaydım

Adı çəkiləş şəxs Mameddir(@raul93) , bu bədbəxtinin çiyninə əl vurmaq istəyirsən, görürsən yatıb.

WhatsApp Image 2021-10-12 at 15.34.25.jpeg

Vuraydım bir dost çiyninə
Bir cüt ağır əl olaydım
Qumu küləkdə sovrulan
Boz, tikanlı çöl olaydım

Yazının bu yerində müasir Azərbaycan ədəbiyyatından yazacam. Mənim yazılarını izlədiyim, fikirlərinə hörmət ilə yanaşdığım yetəri qədər müasir Azərbaycan yazarı var. Və düşünürəm ki, bu yazarlar gələcəkdə ədəbiyyat dərsliklərində öz yerini tapacaq.

(Qısa haşiyə. Mən Mameddən adam düzəldəcəm. Ya o məni dəli edəcək, ya da mən onu adam edəcəm. Bildiyiniz "qara kurtkalı qaqa tipi". Bu siqaret çəkməyinə bax hələ, bunun yaşıdları it-pişik saxlayır. "Tı duruq, ya duruq, mı kriminallı kruq" adamın dinlədiyi budur. Bizim Yusif ilə yaxşı tutur söhbətləri.)

WhatsApp Image 2021-10-12 at 15.49.30.jpeg

Ağ tük tapdım arasından saçımın
Qoparmadım, saxlamışam, çoxalsın
Otuz ildə cavan qalıb, neynədim?
Canı çıxsın, saçlarımın, qocalsın.

İqtibas etdiyim şəxs Günel Mövlüd idi. Onu sevməyən ölsün.

Özüm üçün siyahı tutmuşam və ümid edirəm ki, mənim bu yazımdan sonra sizlər də müasir Azərbaycan ədəbiyyatı ilə maraqlanacaqsınız. Bəlkə də bir çox müəlliflər və əsərləri ilə yaxından tanışsız.

Əli Əkbər- "Emiqrant", Günel Mövlüd- "Düşərgə", Seymur Baycan-"Mənim mübarizəm"(silsilə cildlər), "Başıdan bezən adam", Cəlil Cavanşir-"Eşq və intihar", Aqşin Yenisey-"Tarix və tale", Rasim Qaraca-"Zülmətdə bir alatoran", Şərif Ağayar-"Ağ göl", Kamal Abdulla-"Sehirbazlar dərəsi". Kimlərin əlavəsi varsa aşağıda qeyd edə bilər.

Uzun siyahım var, mənim düşüncəmdə olmaya bilərsiz. Amma müasir düşüncə həmişə sərt təndiqlərə məruz qalır. Klassik ədəbiyyat da bir yerə qədərdir. Stop!!!

WhatsApp Image 2021-10-12 at 16.12.18.jpeg

Biri gəlib yazacaq ki, bizdə ədəbiyyat yoxdur. Axı sən nə vaxt müasir ədəbi yazarlar ilə maraqlandın ki?!!
Razıyam, Azərbaycanda ədəbiyyatın fotosu aşağıdakı kimidir. Amma ölüb də demək olmaz. Bir az çöldə qalıb. Kəramət Böyükçölün "Çöl" romanı kimi. Siyahıya Kəraməti də salmış oldum.

WhatsApp Image 2021-10-12 at 16.12.34.jpeg

Bu yerdə @nurengizbagirova müəllimənin səsləndirdiyi şeiri paylaşmasaq olmaz.

link

Ədəbiyyat zövq məsələsidir və nə oxumaq da önəmli zaddır.

Bizimlə qalın, steem alın.

@revan746

CC @steemcurator01

Sort:  

Ay hələ də Günel Mövludu sevirsən? Ən uzun sevgilər 2 il çəkir. Səninki uje xəstəlikdi🤭

 3 years ago 

O da bilir ki, onu uzaqlarda bir sevəni var. Mən də onu "Otuz yaşın şeiri"dən sevməyə başladım.

Bircə dənə qəşəng şeiri var. O da ən gözəl qadınların qocaldığını dediyi bu şeirdi.

 3 years ago 

Haqsızlıq edirsən.

 3 years ago 

Nç, nç, nç. Bu boyda yazarı qoyub burda, heç siyahıya əlavə etməyən admin kimi admin) Tay sözüm yoxdur)
Əsərlərimi belə tanımır Vallahi)

 3 years ago 

Sizin əsərlərlə tanış deyiləm, ona görə yazmaq yaxşı çıxmazdı. Sizin bir dəfə Steemit Azerbaijan tərəfindən bir toplantınızı edə bilsək, siyahıya əlavə edərəm)).

 3 years ago 

İnşallah 🤲

Bizimlə qalın steem alın. Əla şüardı😄

 3 years ago 

Əlavələrinizi qeyd edin))

 3 years ago 

Mənsiz həyat cok zoor))

 3 years ago 

Sənsiz də olmur, sənlə də

 3 years ago (edited)

Qardaşım bir o qədər mahnıya qulaq asırsan yenə də çəki ata bilmirsən. Sən canı həkimlə məsləhətləş. Nəsə düz getmir)) Kəraməti vaxtında qeyd elədin. Fikrimdən ilk o keçdi. Gör nə vəziyyətdir ki, Azərbaycan ədəbiyyatı deyəndə gülümsəyərək Kəramət beynimdən keçir)) Ceylan Mumoğlu Adlı PSİXOLOQ YAZARIMIZ DA VAR. NECƏ ADMİNSƏN ?UNUTMUSAN?Qardaş söhbət uzun, vaxt qısa hələlik bu qədər

 3 years ago 

Not almışam))

 3 years ago 

😊👍

 3 years ago 

Yerli yazarların çoxsu bərbad yazdığı üçün, hamı bir mənalı yanaşır bu mövzuya amma hər halda bizim gözəl yazıçılarımız var. Mövludun bəzi fikirlərini mən də bəyənirəm.

 3 years ago 

Müasirlərimiz daha yaxşı yazır. Sadəcə oxumadan bilməyəcəyik nə yazırlar.

 3 years ago (edited)

Əxi yazıları şəkillərə görə yoxsa şəkilləri yazılara görə seçirsən? Daha doğrusu çəkirsən.

 3 years ago 

Çəkirəm, sora fotolara uyğun nəsə uydururam da))

 3 years ago 

😀

Delete

 3 years ago 

error404

 3 years ago 

Eziz qardas qeseng yazirsan maraqli yazirsan amma niyese oxuyub axira catanda evveli yaddan cixir 😂😂😂

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60268.51
ETH 3201.96
USDT 1.00
SBD 2.43