Qız yükü, duz yükü və qaz tükü

in Steemit Azerbaijan☪✔3 years ago

Qız yükü, duz yükü və qazın tükü

Bizim tərəflərdə qız anası olmaq da bir başqa dərddir. Ana tanıyıram qız övladı doğulandan başlamışdı ona cehiz yığmağa.

1513224290_erken-nikah.jpg
foto

Pandemiyanın ən sevdiyim tərəflərindən biri də o oldu ki, bəzi adət və ənənənlərimizi yaddaşımızdan məcburi silməyə cəhd etdi, nə qədər bacardı bilmirəm.

Həyətdə bir sürü qaz vardı, diri-diri qazların tüklərini yolub balışa doldurub gələcək kürəkən üçün rahatlığa təminat verməli imiş kimi bir öhdəliyi vardır ananın. Kül olsun belə məhəbbətə. Bu nə düşüncədir, bu nə adətdir. Övlad hələ ayaq açmayıb ana cehiz yığır. Yazıq qazlar, iki sezon diri-diri yolunur.

Olan hadisədir, altdan-üstdən deyən o məsələ. Qız 15 yaşa çatanda Ursetdən biri gəldi, bu qıza elçi düşdü.
Kürəkən deyirəm e sənə, idman formasında, boynunda sep, altında yekə Cip. O hər sezonda yolunan qazın tükünü bu oğlana vermiyəsən nə edəsən?!!!

Vallahi qızdan soruşan olmadı, səni ona veririk, istəyirsən, istəmirsən? Qadın ağlı quş ağlıdı, yoldan çıxarmağa nə var ki. Verdilər qızı o Ursetdən gələn sepli gedəyə. Biznesmen imiş, nə bilim obyektləri var imiş, nə bilim pul zibil kimi.

Toy və bir həftədən sonra sepli gedə qayıtdı Ursetə. Qız da qaldı qayınana ilə baldızın əlində. Nə yemisən turşulu aş.

Bir uşaq da oldu, sepli gedə orda guya bankrota düşüb, işləri yoluna düşəndən sonra qayıdacaqmış. O "mış"lar sonra ayda bir dəfə xalaxətrin qalmasın zənglərlə əvəz olunur və səhərlərin birində qızı mal-qaranın saxlandığı peyənin tavanından asılı tapdılar.

534285_tbb5bt0576.jpg
foto

Qəbr üstündən qayıdan qızın anası tüklənmiş qazlara baxırmış.

Səfilləri oxuyanlar xatırlayar, son səhnə var, "yağış yuyur, ot bitir", hər şey zamanla unudulub gedir.

@revan746

Steemit Azərbaycan 3 (3).png

Sort:  

Vəndamda biri vardı, sənə demişdim. 14 yaşlı nişan xonçasına gücü çatmayan qız

 3 years ago 

Bir deyil, iki deyil. Düşünürəm ki, pandemiya hələ 3-4 il çəksin, qızlarımız da bu fürsətdən istifadə edib böyüsün.

Evlat olamadan ana olmak zorunda kalanlar. ..Rabbim bu zihniyetten korusun yavrularımızı🙏

 3 years ago 

Amin, fikir bildirdiyin üçün teşekkürler.

 3 years ago 

Mevlam gül diyerek iki göz vermiş
bilmem ağlasam mı ağlamasam mı
dura dura bir sel oldum erenler
bilmem çağlasam mı çağlamasam mı...
Aşıq Mahzuni Şerif rehmetliyin şeiridi.

Qardaş yazı dilin "prosto prelest".z herfin ne qeder uzatsam olar yazı dilin lezzzzzet eledi)))).VALLAH Yazıya görə çox sağ ol.Bilmədim ağlayım yoxsa gülüm bax bu cığazı biləmmədim ee.Millətdəki bu zehniyətə ağlıyımmı,ürəyimizden xəbər verdiyin bu yazı dilinə gülümmü aktyor Telman demişkən haça paça qaldım.Əlivə Ürəyivə sağlıq

 3 years ago 

Çox təşəkkür edirəm. Ağlamalı durumdu.

 3 years ago 

qardaş bizim bu adet eneneler yaxşıki silinir ama bezileri varki bize serf edir bey üze çixdi nebilim kart axşamı qiz evinnen 1 xonça getiriller birezde aş ve xonçaya adama 3-5 manat ne tutursa bax o xonçani getiren qazanir

 3 years ago 

qaqa o toyu olan gedeye baxiram ayee ne sevinir birce bunlar dağlişsaydi deyir o vdyoda deyire ele rahatladim ele rahatladim qaqam bilmirki ne kef eledi hemin axirinci gundu seherdem arzu istekler verlişi açilir

Coin Marketplace

STEEM 0.27
TRX 0.13
JST 0.032
BTC 60986.03
ETH 2921.26
USDT 1.00
SBD 3.57