Club5050|| Clear sky. What is the time?

in Steemit Azerbaijan☪✔2 years ago

"Zaman nədir?" sualı məni ən çox düşündürən varlıqdır. Zaman fiziki hadisədir desəm daha düzgün olar yəqin.
Hər kəsin zaman anlayışı fərqlidir. Yataraq zaman keçirənlər, zamanını küləyə verənlər, facebookda başını girləyənlər və Steemit :)

New Project (1).png

"In Time" filmi var, bir çoxunuz baxmış olarsız. Dünən o filmə ikinci dəfə baxdım. Nələrsə dəyişdi, nələrisə yenidən düşünməyə başladım. Zaman valyutadır, onu durmadan xərcləyirik, lazım olan yerə də, lazım olmayan yerə də.

Film haqqında spoyler vermək istəmirəm, möhtəşəm filmdir. Hər şeyin zamanla alınıb-satıla bilən bir dünya düşünür, səhərdən axşama kimi işləməlisən ki, sənə maaş kimi qoluna yüklənir. Elmi-fantastik bir film.

Zamanı bitənlərin ölüm anını şəhərin hər yerində izləyə bilərsiniz. Adi hal kimi. Və sinfi ayrı-seçkilik. Her zaman olduğu kimi. Zamanı bol olanlar və zaman qazanıb yaşamaq istəyənlər. Mütləq baxın. Baxmaq istəyən olsa şərhə yazsın, türkcə tərcümə atım.

4238213d-ab3c-4f0e-a6bc-8ba5f0050cd4-removebg-preview (5).png

Bir dəfə inanclı biri ilə zaman haqqında danışırdıq. Söhbət o yerə gəldi, dedi, insan gərəkdir ki, zamanını ibadətlə keçirsiz, bunu anlaya bilsə insana həyatda heç nə lazım deyil. Bu fikir haqqında düşündüm, çox düşündüm. İslamın yarandığı yerlərin insanları-ərəblər. Niyə elə bütün günü ibadətlə məşğul olmayıb? İbadət etməkdən başları necə açılıb ki, müharibələr ediblər? Düşünün ki, bütün dünyaya qılınc ilə dini yaymaq qərarına gəliblər. Nəsə əllərindəki kitabda yazılanlar ilə əməllər düz gəlməyib axı.

0c148193-8478-4c27-afcc-294c6299a433.jfif

Gün ərzində nə etmək istədiyimizi bir cədvəl tutub etsək zamanımızı bölüb daha faydalı ola bilərik.
"Ərtələmək"- zamanı ərtələməyə çalışmayın, ya edin, ya da etməyin. Zamanınıza hörmət edin. O bizim valyutamızdır. Hər nəyə, boş-boş şeylərə xərcləməyək.

b79bdc62-dbe5-495f-a649-4383db2a3836.jfif

İndi oturub düşünürəm ki, 2 saat 52 dəqiqə niyə türk serialına baxasan ki? Bu bizə nə verir? Və Azərbaycan Youtube trendinə baxsaq görəcəyik ki, bütün Azərbaycan seriala baxır ki, onlar trendə düşür. Və biz zamanımızı ucuz türk seriallarına xərcləyirik. Son olaraq nə alırıq? Heş zad. Zövqsüzlük

Hərdən telefonunuzu şəbəkədən ayırın. Vaxtınızı özünüzə sərf edin, öz zamanınıza hörmət edin. Zaman sizi heç zaman bağışlamayacaq. Vaxtınızı ətrafınızdakılara yedirməyin. Tək Azərbaycanda "vaxt öldürmək" ifadəsi var. Dünyanın heç yerində bu ifadəyə rast gələ bilməzsiz. Domino ilə vatx öldürmək, nərd ilə vaxt öldürmək, instagramda vaxt öldürmək, tində təsbeh fırlatmaqla vaxt öldürmək. Sonda o vaxt sizi vaxtsız öldürəcək, buna əmin olun.

Başınızı ağrıdıb, zamanınızı ala bildimsə mən daha qazanclıyam, siz də bir az düşünün.

İndi isə zamanınız varsa Steem alın, bizimlə qalın.

@steemcurator01

Sort:  
 2 years ago 

Zamanı anlam olaraq, qavram olaraq izah etmək mümkün dəyil. Tə'rif düzəldiblər, ama o deyil.
Ama yəgin razılaşarıq; fikrimcə zaman yaşanan ömrü nəyə sərf edirsənsə, nə iş görürsənsə- odur. Kiminçünsə Namaz- Zaman dır. Kim üçünsə içmək zamandı, biri burnunu qurdalayırsa onunçün zaman odu... və s .. və ilaxır...
Ömrüvün kəsiklərini nəyə sərf edirsənsə odu zaman.

 2 years ago 

I did not understand what he said

 2 years ago 

"He" yox "you". Ərinmədim baxdım, indoneziya dilində "sabit" deməkdi "mantap"

 2 years ago 

səs istəyir))

 2 years ago 

Exo ver, exo ver...))

😄 the best.... Please vote mee

 2 years ago 

post link?

Check my profile

 2 years ago 

You can get support by writing a post by joining our community
https://steemit.com/trending/hive-131355

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.028
BTC 64251.91
ETH 3494.19
USDT 1.00
SBD 2.54