❤Club100🦾 || THE DIARY GAME Better Life// Qısa hekayələr. Ordan-burdan // 17.04.2022
Salam dostlar, bugün necəsiz? Yazacağım yazı bir az ordan-burdan olacaq. Başlığı soradan dəyişdim. Eləcə "Qısa hekayələr" idi. Həftəbecər edəcəm. Yaxın oturun, çayınızı, qəhvənizi alın da gəlin.
Ernest Heminquey qədər yazıları ilə insana təsir edən az sayda ədəbiyyat adamı var, yazar və yazıçı başqa şeydir, ədəbiyyat adamı başqa şeydir. Adam müharibə mözvuarını daha yaxşı işləmək üçün müharibəyə gedir, vuruşur, düyanən düzəninə, insanlığa nifrət edir. Yazılarında da bu öz əksini tapır.
Romanlarını, böyük əsərlərini qoyaq bir kənara adam bir cümləlik hekayələrin yaradıcısı hesab olunur və bir cümlədə ifadə etdiyini insan günlərcə düşünür, təsirindən çıxa bilmir. Yadımda qalan bir neçə "bir cümləlik hekayə"sini yazacam. Sizə də maraqlı olar yəqin ki.
"Uşaq çəkmələri satılır, geyinilməmişdir."
"Sərnişinlər, indi sizinlə danışan kapitan deyil."
Bu fotoya bayaq xeyli baxmışam, uzun zamandır özümə baxmamışdım, saçlar ağarıb, üz qırışır, deyəsən qatar gedir. Ernest Heminquey dayımın da belə bir qısa hekayəsi var.
"Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi."
Yenə @isa545 parkda peyda oldu, adam məni qarabaqara izləyir. Parka gedirəm, ordadır, Steemitə girirəm, burdadır.
Birini gün ərzində bir insanı bir dəfə görürsüzsə, təsadüfdür. İkinci dəfə görürsüzsə, şübhələnin, üçüncü dəfə görürsüzsə qorxmağa başlayın.
Adamı gün ərzində beş dəfə görürəm. Artıq nələrsə yolunda deyil.
Mesaj gəldi ki, "Qayalı" marketdə endirim var, getdik. Sabun aldım, evə gələndə özümü Cəbiş müəllim kimi hiss edirdim. Mən bir daha sabun bişirməyəcəm.
Bugün əksərimiz yaşamımızdan gileyliyik, düşünün ki, əksəriyyət xəyal edir bizim yaşadıqlarımızı. Belə düşünəndə motivasiya alıram, yenidən dirilirəm və formatlanıram.
Günü axşam etdim, uşaqlarla park gəzintisi, sonra çay süfrəsi. Sonra yenidən piyada şəhərin o başından bu başına var-gəl etmək. Çoxlarının xəyal etdiyi həyat bəlkə budur?
Həyatda da, sevgidə də xoş sədalara köklənin!!! Musiqiyə qulaq asın, səssizliyə öyrəşdirin özümüzü, toplumda tək qalmağı bacarın, özünüzü tapacaqsız.
video link
Qərib diyar əlində qaldım
Ruhum azad, amma yaralı, ey yar
Bir qərib diyar əlində qaldım
Ruhum azad, amma yaralı
Mən əcəlin əlində bir faniyəm, bihudə
Sən cisminə aludə
Sən sadəcə bir bəndə
Sənə hakim fələk
Olmalı həyat asudə, həlli özündə,
Amma tərsinədir hərdən
Günah aldı pərakəndə
Bizə hakim Göylər
Yaman röyalarda qeyb oldun
Süni aləmə qərq oldun
Sanki ruhun əsir oldu
Canın sitəm oldu
Qeyri-ixtiyari inansan
Sanki daimi sən varsan
Sanki mən - əbədi insan
Bunu belə zənn et
Mən - İlahiyəm...
Elə zənn et
Mən - İlahiyəm...
Elə zənn et
De, usanma, De, usanma
De, usanma, De, usanma
De, usanma, De, usanma
Mən o qədər hüzurlu bir yerlərə gəldim
Ötən illər hesab verdim
Mane olma, ömür gedir
Mənə yad insanlar
Hər dəfə əmin olub
Gedirəm öz yolumu
Önəmsiz keçmiş zaman
Dəyərli gələn günlər
Qeyri-ixtiyari inansam
Sanki daimi mən varam
Sanki mən - əbədi insan
Bunu belə zənn et
Mən - İlahiyəm
steem alın, bizimlə qalın @steemcurator01
Photo by @revan746
#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr
Birini gün ərzində bir insanı bir dəfə görürsüzsə, təsadüfdür. İkinci dəfə görürsüzsə, şübhələnin, üçüncü dəfə görürsüzsə qorxmağa başlayın.
Polat Alemdar.😄
Mənim artıq təsbehim də var.)))
Racon kesmiyorum, kafa kesiyorum zad))
"Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi."
Niyə bu fikirə düşdüyünü bilirəm. Qara qızın dərdi var deyiblər.
Marketdə kassadakı qız sənə dayı dedi axı😄😄😄.
Sındı qol qanadım yanıma düşdü oldu ee lap
Firtişqulu nə şirin şirin baxır
Belə baxışlarnan çox "bağlı qapılar" açır
😂😂😂
Ondan bir gün qabaq o söhbəti etmişdik yadında? Sonra da adama dayı deyilməyi adamı bir az şey edir))
Hə yadımdadı.
Əsas odu ki ruhumuz cavandı.
"Kabuğu sert, içi yumşak", Özümüzə təsəlli verək))
Qoz kimi yəni)))