😍😍😍Club100🦾✔ || THE DIARY GAME Better Life. || Səhəri gözəl açmaq. Yüksəlişin əhvalıma təsiri.13.05.2022 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Steemit bizi bir tərəfdən dəli edib, birjalar da bir tərəfdən. Səhər oyanar oyanmaz əlimi atdım telefona və gördüm ki, hər tərəf yaşıla bürünüb. İstər-istəməz insanın kefi yerinə gəlir və yaxşı hiss edirsən. Və beləcə pəncərəyə yaxınlaşıb bu yaşıllaşmanı təbiətin yaşıllaşması ilə eyniləşdiririk gözəl mənzərə meydana çıxır. Ümumiyyətlə səhəri necə açarsan günün elə başlayar teması düz imiş.

20220513_083032.jpg

Axşamdan @famil ilə danışmışdıq, bizim tərəflərə səhəri reallaşacaqdı. Sumqayıtda günorta üçün görüş təyin etdik və belə günümüz başladı. Steem coin də 15 sentdən 23 sentə qədər bir yüksəliş edib. "Corporation Steemit Azerbaijan"ın (Corporation - subyektlərin ümumi məqsədə çatmaq üçün yaratdığı birlikdir) dünən aldığı coinlər dəyər qazanıb. "Corporation Steemit Azerbaijan"(bundan sonra CSA) rəsmi olaraq bir investisiya birliyi olaraq ümumi qərarlar verərək yatırımlar həyata keçirməyi hədəfləyib, test mərhələsini uğurla başa vurmaqdadır. @isa545, @famil və bəndəniz mən müəyyən müzakirələr etdik, gələcək zamanda görüləcək işlərdən danışdıq. Bu arada foto çəkdirməyi unutduq. Famil Bakıya qayıdarkən yolda mənə yazıb ki, hər şey əla idi, foto yaddan çıxıb.

image.png

Qısa zamanda yenidən görüşmək lazımdır, ən azı foto bəhanəmiz var. Ümid ediəm ki, qurmaq istədyimiz işin fonunda tez-tez görüşmək lazım olduğunu anladıq. Və ya metaverse dünyasında CSA-nın iclasını təşkil etmək lazımdır.

Bu arada @yusif79 əlimyandı gəlib bizimlə görüşüb qaçdı, nənəm demiş, od götürməyə gəlmişdi. Adam yanğınsöndürən olduğu üçün məslək amacı olaraq su görəndə, çay görəndə elə bil ən əziz adamını görür.

20220513_083038.jpg

20220511_130604.jpg

Bu foto həmin oturduğumuz kafenin hasarıdır.

Günü beləcə axşama doğru əydik, hamı dağılışdı. Axşama çay süfrəsinə görüş təyin edildi. Baş rolda yenə @yusif79@isa545 var idi. Adının nə olduğunu bilmədiyimiz bir kafeyə Çardaq adı vermişik, orda toplşadıq. Kafeni işlədən qardaş bizə "uğursuz biznesmenlər" adını qoyub.😊😊😊 Adam bizim bütün etmək istədiklərimizi realda icra etsə ölkənin ən böyük iş adamı olar.

20220511_130227.jpg

Bu fotonu maşınla hərəkət zamanı çəkmişəm, o qədər də yaxşı kadr tuta bilmədim. Yazdığım söhbətə dəxli olmayan bir foto olsa da bayraq dalğalanda adamın içində nəsə başqa bir hiss olur.

Günün açanda Günəşin fotosu, axşamçağı da Ayın fotosu ilə günlük yazımıza rəng qatmış olduq.

20220513_193210.jpg

Yeni postlarda görüşmək ümidi ilə.

steem alın, bizimlə qalın

Photo by @revan746

#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

Kafe işlədənə də bütün planları danışmısanmı? Удача любит тишину, eşitməmisən bəs?

Deyirəm ki @famil qardaş təşrif buyurub gəlibdi da. @yusif79, sən, mən bir də o @isa545 qardaşı da çağırasan yığışaq oturaq bəlkə? Nə deysən?🤔

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61420.98
ETH 3276.21
USDT 1.00
SBD 2.47