❤Club100🦾 || THE DIARY GAME Better Life// Dağlar, sizə sözüm var. // 16.04.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Deyir, bəzən hər kəs ehtiyac duyur ki, ona maraqsız, nə bilim dəxlisiz olan hekayələr danışsınlar. Yəqin sizin də elə günə düşdüyünüz hallar olub. Məsəli @isa545 dən uzaq, bugün mənim o günüm idi. İsa ilə yaxın qalırıq, balkondan bərk qışqırsam eşidib səsimə səs verər, amma eldən-obadan ayıbdır. Telefon ilə əlaqə saxlayıb axşamlar gedirik gəzməyə. Hər dəfə də mövzu Steemit ilə başlayır masonlar, yaradılış, böyük güclər zad ora qədər gedib çıxır. Biz kitab adamıyıq, bizimki tutur. Hər birimiz ağzımızı açmamışdan bilirik ki, nə deyəcək İsa və ya mən. Belə bir əndirəbadi cümlə. Bayaq zəng etdim ki, gedək Heydər parkında gəzək. Bu şəhər ikimizə dar zad.

20220416_185823 (1).jpg

20220416_172737.jpg

Mən deyirəm ki, gündəlik həyatımızdan yazaq, paylaşaq İsa gülür, deyir mən yaza bilmirəm elə, bizim həyatımız kiməsə niyə maraqlı olmalıdır ki? Haqlıdır, amma və lakin dünyada ağıllı və düzgün, kefiyyətli şeylərə kimsə qiymət vermir axı, nə edək?

Parkı o baş, bu baş gəzdik və sonda qərara aldıq ki, həyat qısadır, yaşamaq lazımdır.

20220416_172554.jpg

Bu uşaqların dünya nə vecinə, onların dərdi oyun dərdirdir, xırda şeylər ilə xoşbəxt olan yaşlarıdır. Əslində böyüklər də xırda şeylərdən xoşbəxt olurlar, sadəcə o xırda şeyləri görməyə vaxtları olmur.

20220416_150008.jpg

Anarın Zauru, Təhminəsi bu binadan ev alıb. 6-cı mərtəbədə təmir gedir. Qocalmasa idi, indi daha yaxşı yazardı o əsərini. Bizim də bəxtimizə Anarın sovetdə yazan vaxtları düşüb. Əcəb müasirdi mənim qardaşım. Sabah da bir daş düşə başımıza yadplanetlilər işğal edə Yerimizi. Bizim də anamız, atamız olub, bostanda əmələ gəlməmişik biz, Manaf da əlində təsbeh içəridən çıxıb. Mənim də bir təsbehim var, İsa hədiyyə edib. Elvin Paşa da deyir, "Haydan gəlib, huya gedirik, buna da şükür, buna da şükür".

Xezer Suleymanli Biz buralı deyilik Elvin Paşanın şeiri

Bəzən bir şeir səni həyatın boyu qarabaqara izləyər, olub sizdə? Mən də olur hərdən, ey insan, ey insan!!!

20220416_150118.jpg

20220416_145941.jpg

Metallar qədər qiymətimiz yoxdur bu həyatda. Əlvan metallar cəhənnəm, Mis kimi olmaq üçün, Hell olmaq üçün nə etməli idik?

20220416_173110.jpg

"O"su düşmüş quru çərəz kimiyəm, qoz kimi məsələn. Üç badam, bir qoz.

steem alın, bizimlə qalın @steemcurator01

Photo by @revan746

#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

Biz "milli ruhda" böyüyənlırdənik.
Harda olsan gələrəm, təki Sən səslə məni,
Darda olsan gələrəm, təki Sən səslə məni..))
Bu gün bir az " Zəminxarə üstə olsa da havamız", modumuzun "çahargahı da var , Rastı da".
Sənin kimi həmdəmlə, hərdəmlə adam olan "kökdən" düşməz.
İmza:Oxucun

 2 years ago 

Kökdən düşmüş piano tamaşası var e Yaşar Nuri baş rolda. Ona baxacam bir də))

 2 years ago 

"Kimdi onu toya çağıran? Elə səsim olsa heç danışmaram")))

 2 years ago 

Vaxt var idi, İsa məntiqi suallarla başımızı aldadardı. Ey gidi dünya))

 2 years ago 

o da tükəndi.

Congratulations, your post has been upvoted by @scilwa, which is a curating account for @R2cornell's Discord Community. We can also be found on our hive community & peakd as well as on my Discord Server

Manually curated by @abiga554
r2cornell_curation_banner.png

Felicitaciones, su publication ha sido votado por @scilwa. También puedo ser encontrado en nuestra comunidad de colmena y Peakd así como en mi servidor de discordia

 2 years ago 

Thanks.

 2 years ago 

Allah mehriban eləsin. Bütün günü bir yerdəsiniz , nəhayət yenə dözməyib statuslarda göründünüz. Yoxsa tema axtarışıdı ?😃

 2 years ago 

Mövzumuz bitin, dalay-dayal deyirik))

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58833.91
ETH 3155.94
USDT 1.00
SBD 2.44