💚💙💛Club100 || Sevgi anatomiyası. Tualetdə aşk

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, dostlar. Deməli, bura bizim həyətdir. Binanın divarına aylar öncə "sevgi etirafı" var idi. Etimala görə "Ü" adlı şəxs "Ə" adlı şəxsə divarlar üzərindən sevgi göndərməsi edir. Ya hər ikisi bu binada yaşayır, ya da qız həmin binanın önündən keçib gedir. Əksini də demək olar. Mən də çəkib getmişdim, sonra yazı yazacaqdım, fikrimdən çıxdı. Hər işdə bir xeyir var imiş, üstündən aylar keçib. Əbədi heç nə yox imiş.

20210827_062550.jpg

Bu tipli sevgi göndərmələrini, etirafları bizim vaxtlarımızda daha populyar idi. Sinifdə qızların oturduğu partalara yazardıq, nə bilim ağaclara yazardıq. İndi müasir dövrdə mesaj göndərmək, sosial mediya üzərindən etiraflar daha əlçatandır. Hələ də divarları yazıb sevgi etirafı edən gənclər qalıbsa, ümid var. Çox da zombiləşməmişik.

Dünən yolum yenə həyətin arxa tərəfindən düşdü, tüüh, nə görsəm yaxşıdır? Bizim gənc sevgili dəyişib. Qarşı tərəf də çox etimal əvvəlki qızın rəfiqəsidir. Yürütdüyüm fərziyələrə görə yeni qız bu yazıları faşistcəsinə dəyişdirməyi əmir edib. Lənətə gəlmiş qısqanclıq. İndi bizə gülməli gəlir bu cür hadisələr, amma roman yazıları mövzulardır. Hər kəsin ərgən yaşlarında bu dönəmləri olub. Şair demiş, "bir sevgili uduzub, dost itirən yaşlar"

20220709_142034.jpg

Bir hadisəni danışım. Rayona gedirdim. Şamaxıda düşdüm, tualet fasiləsi olur uzaq yol gedəndə. Şofer də saxlayanda israrla dedi ki, "tez şey edin, vaxt itirməyək", harasından baxsan bu əməliyyat 3 dəqiqə çəkəcək da. Guya 3 dəqiqə mənzil başına gec çatsaq nə olacaq ki? Nəsə düşdüm, getdim tualetə. Orda nə görsəm yaxşıdır? Tualetin iç divarına "Aylin, səni sevirəm" yazısı. Matım-qutum qurudu. Bura nə üçün gəldiyimi də unutdum. Şofer demiş, tez şey də edə bilmədim. Qayıtdım çıxdım. Bir insan kişi tualetində niyə sevgi etirafı etsin ki? Dünyada elə bir hadisələr inkişaf etməlidir ki, Aylin həmin yolla rayona getsin, gəlib kişilər tualetinə girsin və o yazını oxusun. Bu hadisənin olmasını normal başla düşünmək çox çətindir.

Mən həmin düşüncələrdən mənzil başına çatmadan ayıldım, gördüm vəziyyət pisdir. Şoferdən xahiş etdim ki, saxlasın mən düşüm.

20220427_075047.jpg

Sevgi etiraflarının yazıldığı həmin yol. Görəsən, bu divarlar daha nədər yeni etraflar görəcək, neçə dəfə pozulacaq, yazılacaq. Tək tualet olmasın, başqa hara olur olsun, uyğundur.

Steem alın, bizimlə qalın.

Photo by @revan746

#club100 #steemexclusive #photography #lifestyle #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

Nice Photography, best of luck 🤝✌️🇧🇩🙏

 2 years ago (edited)

Cane Can.. Getdi o günlər. Bro indi camaat tiktokda canlı açıb sevgi elə edir, etiraf səhifələrində yazırki, filan avtobusda filan oturacaqda oturub filan əli ilə oturacağın söykənıcəyindən tutan və filan geyimlərdə olan oğlan bunu oxuyursa admindən profilimi götürə bilər. Oğlan qalıb bir kənara Qız oğlana podxod edir...🤦🏻‍♂️ Məktəb Partaları neçə-neçə gəncin sevgisinə şahidlik edirdi. 😍 Təsəvvür edirəm nə əziyyət çəkdiyini 3 dəq söhbətində. Amma eşq elanı əziyyəti unutdurar Sənə)))

Aylin yəgin ki, Aybəniz olsa o tərəflərə yolu düşər...

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.028
BTC 73898.71
ETH 2624.92
USDT 1.00
SBD 2.40