Biləcəridən o tərəfə keçmək. Ana xaqanlığı

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Metal dəyərlərin əsiri olan toplum olaraq bu zehniyyətlə Biləcəridən o tərəfə keçə bilmirik. "Biləcəridən o tərəfə keçmək ifadəsi" haqqında başqa bir yazı yazmaq olar. Hələki sözün gəlişi yazdım.

Fikir vermişəm, bizim cəmiyyətdə atalar daha açıqfikirlidir, zamana da yaxşı ayaq uydurur, ölvadlarına, onların seçimlərinə müsbət yanaşır.

Analar atalara nisbətdə daha mühafizəkar və ehtiyatlı davranır. Bunun da sosial səbəbləri var.

Bizim dövrün insanları o qədər çətinlik görüblər ki, bunun yan təsirləri zaman-zaman həyatın hər yerində özünü biruzə verməyə bilmir. Müharibə, yoxsulluq, sosial bərabərsizlik. Bir ana atadan fərqli olaraq övladının həyatını riskə atmaq istəmir. Onun sabit və monoton həyat yaşaması üçün əlindən gələni edir.

5e640bc0ccffc_matriarxat.jpg
foto

Bir qonşum vardı, övladı ölkənin ən yaxşı təhsil müəssisələrindən birinə qəbul oldu, oxudu, bitirdi, bildiyim qədəri ilə yaxşı yerlərdən iş təklifi gəldi, amma ana qoymadı o uşaq dizinin dibindən ayrılsın, gətirdi onu kəndə, düzüb qoşdular dövlət işinə, aya 279 manat maaş. Qocal ki qocalasan. Ana deyir ki, bəs hərdən "çak-çuk'u da olur. Yaxşıdır, dövlət işidir, qorxusu zadı yoxdur. Bacısının qızını da alıb gətirdi evinə, "hamı yerli mal alsın, xeyir vətənə qalsın" misalı.

photo_81601869.jpeg
foto

Ölkə olaraq, cəmiyyət olaraq "Ana xaqanlığı" idarə sistemindəyik. Ata söz sahibidir, son sözü ata deyir, baxır necə. "Belə olmalıdır" deyən ananın sözünə "baş üstə" deyən atanın son sözü. Allah kəsin belə son sözə. Qafqazlı obrazı yaratmaqla deyil ki, əlini, yumruğunu masaya zərblə vuran kişilər filmlərdə qalıb. O obraza indi tvdən baxıb köks ötürən nəsil yaranır.

azedu.az_44410802_1902610383119382_2845179700593033216_n_852.jpg
foto

Cahandar ağaya Dəli Kürdə hər dəfə baxıb yuxusunda sayıqlayır, oyananda hiss edir ki, hələ də Ana xaqanlığı meydan sulayır, at çapır dörd nala. Bir addım irəli, iki addım dala.

@revan746

Steemit Azərbaycan 3 (3).png

Sort:  
 3 years ago 

😀👍. Ana xaqanlığı. Dövlətimizin seçdiyi bir yaşamdır. Taxıl zəmisində sünbüllər baxanda eyni görünür. Bu zamanda kanardan durub baxsan insanların da boyu eynidir. 😉

 3 years ago 

Bizim də bəxtimizdə Azərbaycanda doğulmaq var imiş, nə edə bilərdik?!!

Əslində dünyanı qadınlar idarə edir, sadəcə bunu dillərinə gətirmirlər

 3 years ago 

Almaniyanı deyir))

 3 years ago 

ehh kişilere Gun verib aman verirlerki kişilerde deyinmesin başini aparmasin deye bezi şeylerde razilaşir xanimida ele bilirki bunu dediyi olacağda hemişe eslinde ele deyil sadece indi kişiler xanimina çox hörmet qoyur xetri xoş olsun deye ureyi rahat olsun deye bezi şeyler varki razilaşir..He "dırnaq arasi kişilervarki"onlar kişi formasinda görsenir ama xanim funksiyasini yerine yetirir evde arvad yumruğu stola vurur.

 3 years ago 

😀😀😀😀

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.027
BTC 60063.85
ETH 2313.06
USDT 1.00
SBD 2.46